Vardanyanın məhkəməsində ifadələr dinlənilib


Siyasət 01 Dek 2025 19:47:00 47 0

Vardanyanın məhkəməsində ifadələr dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 1-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Səbuhi Tağıyevin hüquqi varisi Sərdar Tağıyev qardaşının Laçında düşmən atəşi nəticəsində həlak olduğunu bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Zəka Vəliyev qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində Allahverdi Səfiyev və Elnur Kərimov həlak olub, o və Rəsul Ağayev isə müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Vahid Alcanov bildirib ki, düşmənin genişmiqyaslı təxribatı nəticəsində Laçın rayonu ərazisinə atılan minaatan mərmisinin partlaması nəticəsində bir nəfər həlak olub, o və daha bir neçə şəxs yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs Elgün İsmayılov qeyd edib ki, Ağdərə rayonunun Gülyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən avtomat silahlardan açılan atəşlər nəticəsində o və Səfər Hüseynquliyev xəsarət alıblar.

Zərərçəkən Bəxtiyar Hüseynov bildirib ki, Kəlbəcər rayonu istiqamətində düşmən tərəfindən atılan əl qumbarasının yaxınlığında partlaması nəticəsində xəsarət alıb. Təxribat zamanı ondan başqa yaralananlar da olub.

Zərərçəkmiş Nüsrət Orucov qeyd edib ki, Kəlbəcərdə düşmən tərəfindən atılan əl qumbarasının yaxınlığına düşüb partlaması nəticəsində çiynindən yaralanıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Cavid Xosiyev bildirib ki, Ağdam-Xocalı istiqamətində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Cavad Quliyev müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Nihad Seyidzadə vurğulayıb ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən açılmış atəşlər nəticəsində o, Murad Hüseynov və Rəvan Ağazadə müxtəlif növ bədən xəsarətləri alıblar.

Zərərçəkmiş Bəylər Kərimov ifadəsində Ağdam-Xocalı istiqamətində düşmənin minaatandan açdığı atəş nəticəsində yaralandığını deyib.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur. Son.az


Xəbərə aid fotolar

"Söyüş söydü, mən də onu vurdum"  Həyat yoldaşının qətlini sifariş edən Əzizənin like
  • 01 Dek 19:46  
Kriminal "Söyüş söydü, mən də onu vurdum" Həyat yoldaşının qətlini sifariş edən Əzizənin

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin s

arrow Ətraflı
Evinin təmirinə 30 milyon xərclədi like
  • 01 Dek 19:39  
Şou-biznes Evinin təmirinə 30 milyon xərclədi

Türkiyəli müğənni Ajda Pekkanın Bodrumda 4 mərtəbəli villası təmir ed

arrow Ətraflı
Yanaraq ölən Zəhmətin son sözləri: "Ay qonşular, uşaqlarımı mənə vermirlər" like
  • 01 Dek 19:34  
Digərləri Yanaraq ölən Zəhmətin son sözləri: "Ay qonşular, uşaqlarımı mənə vermirlər"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sə

arrow Ətraflı
Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq?  RƏSMİ like
  • 01 Dek 19:27  
Digərləri Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? RƏSMİ

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə bur

arrow Ətraflı
Polis bu qadınları axtarır  FOTO like
  • 01 Dek 19:25  
Digərləri Polis bu qadınları axtarır FOTO

Hazırda polis tərəfindən axtarışda olan qadınların sayı 6 nəfərdir. O

arrow Ətraflı
Rəşad Dağlının qızı atasına mahnı ithaf etdi like
  • 01 Dek 19:00  
Şou-biznes Rəşad Dağlının qızı atasına mahnı ithaf etdi

Meyxanaçı Rəşad Dağlının qızı Bətül musiqi təhsili almağa başlayı

arrow Ətraflı
Yuxulayaraq, sərnişinin ölümünə səbəb olan taksi sürücüsünə hökm oxundu like
  • 01 Dek 18:43  
Digərləri Yuxulayaraq, sərnişinin ölümünə səbəb olan taksi sürücüsünə hökm oxundu

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən ta

arrow Ətraflı
Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açıldı like
  • 01 Dek 18:36  
Kriminal Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açıldı

Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəf

arrow Ətraflı
Dənizkənarı bulvarda buz meydançası yaradılıb like
  • 01 Dek 18:32  
Digərləri Dənizkənarı bulvarda buz meydançası yaradılıb

Dənizkənarı Bulvar İdarəsi builki Yeni il yarmarkasına xüsusi hazırlıq

arrow Ətraflı
Mehriban Canməmmədovaya yüksək vəzifə verildi like
  • 01 Dek 18:26  
Digərləri Mehriban Canməmmədovaya yüksək vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinə di

arrow Ətraflı
Beynəlxalq Koçluq Sertifikasiyası Proqramı ərəfəsində Soulmind təqdimatı keçirilib  FOTO like
  • 01 Dek 18:19  
Digərləri Beynəlxalq Koçluq Sertifikasiyası Proqramı ərəfəsində Soulmind təqdimatı keçirilib FOTO

Bakı KOB Evində Soulmind brendinin təqdimat tədbiri keçirilib. Tədbirdə d

arrow Ətraflı
Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu like
  • 01 Dek 18:15  
Kriminal Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu

Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festi

arrow Ətraflı
"Mən ruhi xəstəyəm" like
  • 01 Dek 18:00  
Şou-biznes "Mən ruhi xəstəyəm"

Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında "Ölüm haqdır" ma

arrow Ətraflı
31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir like
  • 01 Dek 17:55  
Digərləri 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir

Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə �

arrow Ətraflı
300 uşağı var imiş like
  • 01 Dek 17:50  
Digərləri 300 uşağı var imiş

Çinli milyarder 300 övlad sahibi olduğunu etiraf edib.

arrow Ətraflı