Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından ÇIXARILDI
Siyasət 10 Mar 2026 12:57:00 67 0
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişib.
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya qanununda əksini tapıb.
İndiyə qədər qüvvədə olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub.
Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.
Yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.
Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimka
Medianın İnkişafı Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili v�
İranın yeni seçilən ali dini lideri Müctəba Xameneinin öldürüldüyü ba
Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılac
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiql
Yazıçı, publisist, türkoloq və jurnalist Yunus Oğuz Prezident Kitabxanası
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idar
Türkiyənin Malatya vilayətində hava məkanının qorunması üçün "Pa
Məşhur müğənni Edisin narkotik testinin nəticələri açıqlanıb.
SSRİ Əməkdar artisti, Azərbaycanın tanınmış opera ifaçısı və aktrisa
Tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov azadlığa çıxı
Oruc tutub-tutmasından asılı olmayaraq hər kəsin fitrə zəkatı çıxarmas
Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sove
