Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
Siyasət 10 Mar 2026 12:17:00 205 0
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiqlənib.
Son.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.
Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələr əlavə edilib.
Qanuna əsasən, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Konstitusiyaya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə bağlı 3-1-ci maddə əlavə edilib:
I. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirən icra orqanıdır.
II. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir.
III. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idar
Türkiyənin Malatya vilayətində hava məkanının qorunması üçün "Pa
Məşhur müğənni Edisin narkotik testinin nəticələri açıqlanıb.
SSRİ Əməkdar artisti, Azərbaycanın tanınmış opera ifaçısı və aktrisa
Tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov azadlığa çıxı
Oruc tutub-tutmasından asılı olmayaraq hər kəsin fitrə zəkatı çıxarmas
Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sove
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasın
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.
Xərçənglə mübarizə sahəsində aparılan yeni elmi araşdırma diqqət ç�
2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1
Prezident İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharib�
Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda,
