Kriminal
2026-03-04 00:54:00
Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
2026-03-03 17:55:00
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti təqdim olunub.
2026-03-03 10:26:00
Ağsuda "TikTok" sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.
2026-03-03 09:53:00
Sosial şəbəkələrdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən "Hacı Molla Hüseyn hamamı" hamamının deqradasiya və struktur dağılma riski ilə üz-üzə qaldığı barədə xəbərlər yayılıb.
2026-03-02 22:26:00
Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" tamaşası təqdim olunub. Tamaşa sevgi, ailə dəyərləri və qadın taleyi haqqında düşüncələr aşılayır. "Gəlinlik paltarı" sadəcə bir toy libası deyil... Bu paltar arzuların, saf hisslərin, qurulan xəyalların rəmzidir. Lakin həyat hər zaman xəyal etdiyimiz kimi olmur. Cəmiyyətin sərt qaydaları və taleyin gözlənilməz dönümləri qəhrəmanları çətin seçim qarşısında qoyur. Tamaşa boyunca insanın xoşbəxtlik uğrunda mübarizəsi emosional səhnələrlə tamaşaçıya təqdim olunur. Bəzən geyinilməyən bir gəlinlik belə bütöv bir taleyin hekayəsini danışa bilər... Tamaşanın sonunda Teatrın direktoru Laləzar Hüseynova qonaqları səhnəyə dəvət edib. Natiqlər ayrı-ayrılıqda Hüseynbala Mirələmovun yaradıcılığına münasibət bildirərək, onun toxunduğu mövzuların cəmiyyətimiz üçün çox aktual olduğunu qeyd ediblər. "Gəlinlik paltarı" tamaşasında quruluşçu rejissor Laləzar Hüseynovanın uğurlu rejissor işindən, cəmiyyətimiz üçün lazım olan problemlərin səhnədə bədii həllinin düzgün tapılmasından, peşəkar aktyor oyunundan danışaraq tamaşanın estetik zövqləri oxşayan möhtəşəm bir tamaşa olduğunu vurğulayıblar.
2026-03-02 21:13:00
Beynəlxalq Muğam Mərkəzində bəstəkar Sevda Rəhimovanın " Ömür yollarının sədası" adlı müəllif konserti təqdim olunub. Proqramda bəstəkarın yaradıcılığını əhatə edən müxtəlif janrlarda əsərlər yer alıb. Konsert proqramında Əməkdar artistlər İlham Nəzərov, Fəridə Məmmədova, ifaçılar Ərtoğrul Balayev, Rauf Məmmədzadə, Rəğyar Səfərov və Səxavət Məmmədov çıxış ediblər. İfaçıları Xəzər Universitetinin Kamera Orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri Əməkdar müəllim Zülfiyyə Sadıxova, dirijor Hüseyn Kərimovdur. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
2026-03-02 15:28:00
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən "Sənət dialoqu" adlı yeni layihə həyata keçirilir.
2026-03-01 18:06:00
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb.
2026-02-28 18:12:00
2026-ci ildə görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyi tamam olur. Fevralın 25-də Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə sənətkarın yubiley tədbiri qeyd edilib. Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov və müşavir Cahangir Səlimxanov iştirak ediblər.
2026-02-28 16:08:00
3 mart, saat 15:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi "Rejissor laboratoriyası"nda Anton Pavloviç Çexovun "Ayı" adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
2026-02-28 09:56:00
Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
2026-02-27 18:08:00
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri növbəti konsert proqramı ilə dinləyicilər qarşısında uğurla çıxış edib.
2026-02-27 17:44:00
Tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb.
2026-02-27 16:26:00
"Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!" şüarı altında elan olunmuş 8-21 yaş arası uşaq, yeniyetmə və gənclər arasında keçirilən "Qiş nağili" adlı yaradıcılıq sərgisinə ölkənin müxtəlif bölgələrindən böyük maraq göstərilib. Müsabiqəyə 1000-dən çox müraciət daxil olub, iştirakçılar tərəfindən 1500-dən artıq qış mövzulu rəsm əsəri təqdim edilib.
2026-02-27 15:17:00
Mərdəkan Mədəniyyət Sarayında keçirilən Bakı Rəqs Çempionatı 2026 ölkənin müxtəlif bölgələrindən yüzlərlə iştirakçını bir araya gətirdi. Çempionat mövsümün ən diqqətçəkən mədəni tədbirlərindən biri olaraq world dances, show dance, müasir və milli rəqs istiqamətlərini eyni səhnədə birləşdirdi.
2026-02-26 17:56:00
Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı təsviri sənətdə" adlı mühazirə keçirilib.
2026-02-26 17:22:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Xocalı - Unudulmaz yaddaş" adlı anım tədbiri keçirildi.
2026-02-26 16:53:00
Beynəlxalq Muğam Mərkəzində Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı və Cadenza orkestrinin iştirakı ilə "Yaddaş #4" adlı növbəti konsert keçirilib. Konsert Qara Qarayevin xatirəsinə həsr olunub.
2026-02-23 18:50:00
Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
2026-02-23 16:06:00
4 mart 2026-cı il tarixində "Nadir Events"in təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsinə həsr olunmuş "Nadir yaradıcılıq gecəsi" keçiriləcək.
2026-02-23 15:44:00
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) "Sənət dialoqu" adlı yeni layihəyə başlayır.
2026-02-22 12:19:00
Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyətimizdə əhəmiyyətli iz qoymuş, Milli incəsənət məktəbinin ən maraqlı nümayəndələrindən biri, Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib.
2026-02-22 09:15:00
Salsa janrının yaradıcılarından biri, Puerto-Riko əsilli bəstəkar Villi Kolon 75 yaşında vəfat edib.
2026-02-21 22:48:00
Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.
2026-02-21 18:36:00
20 fevral 2026-cı il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı səhnəsində yenidən "Kino Lent" adlı möhtəşəm kino musiqisi gecəsi baş tutub. Dirijor Ellada Məmmədovanın rəhbərliyi ilə teatrın Estrada-Simfonik Orkestrinin ifasında təqdim olunan konsert proqramında tamaşaçılar Bəxt üzüyü, Oyuncaq, Təhminə, Əhməd haradadır və digər ekran əsərlərinə bəstələnmiş musiqiləri orkestrin canlı ifasında dinləmək imkanı qazanıblar. Musiqi nömrələri filmlərin ruhunu və atmosferini əks etdirən qısa səhnəciklərlə müşayiət olunaraq gecəyə xüsusi dramaturji dinamika bəxş edib.
2026-02-21 18:18:00
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisinin açılışı baş tutub. Çoxsaylı ictimaiyyət nümayəndələrinin qatıldığı açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbayacan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Xalq rəssamları Ömər Eldarov, Fuad Salayev, s.ü.f.d. Telman İbrahimov, Davud Kazımovun oğlu, AzRA-nın professoru Akif Kazımov çıxış ediblər. Çıxışlarda görkəmli rəssam Davud Kazımovun Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən, milli rəngkarlıq məktəbinə verdiyi töhfələrdən, gənc rəssamların formalaşmasındakı rolundan bəhs edilib, yüksək insani keyfiyyətləri, tələbələrinə olan qayğıkeş münasibəti ilə bağlı səmimi xatirələr bölüşülüb. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
2026-02-21 18:07:00
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib.
2026-02-19 18:01:00
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktrisa İlqarə Tosovanın 60 illik yubileyi qeyd olunub. Mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdikləri tədbirdə teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək aktrisanı yubiley münasibətilə təbrik edib, onun səhnə fəaliyyətindən söz açıb. Aktrisaya teatrın fəxri diplomu və gül dəstəsi, həmçinin, Teatr Xadimlər İttifaqı tərəfindən təsis edilmiş "Qızılgül" mükafatı təqdim edilib.
2026-02-16 22:00:00
Bakıda sələmçini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
2026-02-16 20:22:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.
2026-02-16 18:40:00
Ötən gün Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers filialında nümayiş olunan "Kürəkən VS Qayınata" filminin seansı zamanı maraqlı hadisə yaşanıb.
2026-02-14 22:40:00
Salyanda tanınmış xanəndə Vaqif Qurbanoğlu dünyasını dəyişib.
