Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri keçirilib FOTO
Kriminal 05 Mar 2026 22:14:00 217 0
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə martın 4-də Qəbələ şəhər Uşaq incəsənət məktəbində ustad dərsləri keçirilib. Fortepiano ilə tar ixtisaslarını əhatə edən ustad dərslərində Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müvafiq ixtisaslar üzrə müəllim və şagirdləri iştirak edib. Tədbirdə iştirak edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, ustad dərsləri şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılmasına şərait yaratmaqla yanaşı, müəllimlərin müasir tədris metodlarına yiyələnməsi baxımından da əhəmiyyətlidir. Vurğulanıb ki, bu qəbildən ustad dərsləri Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin pedaqoji fəaliyyətində səmərəliliyin artırılmasına öz töhfəsini verir. Sonra L.Kərimova MEMİM tərəfindən tərtib olunan "Asəf Zeynallı. Seçilmiş əsərlər" kitabını məktəbin kitabxanasına hədiyyə edib. Fortepiano ixtisası üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano, orqan və klavesin kafedrasının müdiri Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Afaq Rüstəmova, tar ixtisası üzrə ustad dərsi isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri Əməkdar müəllim, dosent Umud İbrahimov tərəfindən aparılıb. Təcrübəli pedaqoqlar şagirdlərin çalğısı üzərindən musiqi alətinin ifa texnikası və diqqət yetirilməli məqamlardan danışıb, öz tövsiyələrini veriblər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları n�
"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram gedib orada ç
Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublik
Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib.
Sabah Ramazan ayının on altıncı günüdür.
Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd
Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü il
Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Az
Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobilləri
Böyük Britaniya İranın hücumlarını dəf etməyə yardım göstərmək ü�
Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə
Müğənni Nadir Qafarzadənin ikinci nəvəsi dünyaya gəlib.
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik)
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.
