Yuxulayaraq, sərnişinin ölümünə səbəb olan taksi sürücüsünə hökm oxundu
Digərləri 01 Dek 2025 18:43:00 66 0
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb.
Bu xəbəri də oxu: Günün qoroskopu: Kiçik sözsöhbətlər böyüyə bilər
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub.
Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxanı rayonunda Zığ şosesində baş verib. Taksi proqramı əsasında "Toyota Agua" markalı avtomobillə xidmət göstərən Yusif həmin gün səhər saatlarında Nəsimi rayonunda yerləşən Tibb Universitetinin Onkoloji Klinikasından Hövsan qəsəbəsinə sifariş qəbul edib.
O, 1963-cü il təvəllüdlü qadınla oğlunu götürərək təyinat ünvanına aparmaq üçün yola düşüb. Avtomobil Zığ şosesində olarkən sürücü anidən yuxuya gedib və maşını öndə gedən "Mercedes"ə çırpılıb. Nəticədə avtomobilin arxa oturacağında əyləşmiş 62 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Onun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlum olub ki, hadisədən bir neçə gün əvvəl zərərçəkmiş qadın xəstəxanada onkoloji xəstəlikdən əməliyyat olunubmuş və sarğısı açıldıqdan sonra evə gedirmiş.
Məhkəmədə mərhumun ailə üzvləri sürücünü bağışlamadıqlarını, Yusifin barışığa cəhd etmədiyini və dəymiş zərəri ödəmədiyini bildiriblər. Onlar sürücüyə ağır cəza tələb ediblər.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə sürücüyə 5 il 2 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olmaqla azadlıqda olan sürücü məhkəmə zalındaca qandallanıb. Son.az
Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəf
Dənizkənarı Bulvar İdarəsi builki Yeni il yarmarkasına xüsusi hazırlıq
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinə di
Bakı KOB Evində Soulmind brendinin təqdimat tədbiri keçirilib. Tədbirdə d
Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festi
Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə �
Son dövrdə aparılan müşahidələr göstərir ki, insanlar böyük məbləğ
Xalq artisti Röya Ayxan keçmiş əri Anar Cəlilovdan danışıb.
Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş &qu
OpenAI-nin "ChatGPT" tətbiqinin Android beta versiyasında reklam xü
Xəbər verdiyimiz kimi, "Əmək pensiyalarının təyin edilməsi, hesabla
İran polisi məşhur komediyaçı, "Gecəyarısı" verilişinin apar�
