Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu
Kriminal 01 Dek 2025 18:15:00 59 0
Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalının tərəfdaşı olub. "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" dekabrın 5-11-də İslam Əməkdaşlıq Təşkilatının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Son.az xəbər verir ki, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği festivalın əsas istiqamətlərdəndir.
50-dən çox ölkədən qonağın iştirak edəcəyi Yaradıcı Həftə çərçivəsində təqdim olunacaq kino, teatr, dəb, dizayn, musiqi, oyun texnologiyaları, rəqəmsal yaradıcılıq və startap sahələrinə yönəlmiş panellər, nümayişlər, sərgilər və digər fəaliyyətlər ölkəmizin yaradıcı sənaye ekosistemini qlobal müstəvidə tanıdacaq. Festival günlərində "Mədəni və yaradıcı sənayelər forumu" (MYFORUM), "Creative Village": mədəni və yaradıcı sənayelər sərgisi" (MYEXPO), "Baku Cinema Breeze - 2025" beynəlxalq kino proqramı, "Şərq moda nümayişi" - İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB) və digər təqdimatlar olacaq. Son.az
Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə �
Son dövrdə aparılan müşahidələr göstərir ki, insanlar böyük məbləğ
Xalq artisti Röya Ayxan keçmiş əri Anar Cəlilovdan danışıb.
Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş &qu
OpenAI-nin "ChatGPT" tətbiqinin Android beta versiyasında reklam xü
Xəbər verdiyimiz kimi, "Əmək pensiyalarının təyin edilməsi, hesabla
İran polisi məşhur komediyaçı, "Gecəyarısı" verilişinin apar�
1990-cı illərdə şöhrət qazanan türkiyəli aktrisa Çiçek Dilligil və m�
Türkiyəli aktyor Murat Cemcir evdə özünü pis hiss etdikdən sonra təcili
2025-ci il Berlin Elm Həftəsi çərçivəsində I-opener e.V.-nin sədr müavi
Bakı Dövlət Universitetinin (BDU) 1 saylı binasında əsaslı söküntü iş
