Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib
Digərləri 30 Mar 2026 13:05:00 101 0
Bir heçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə martın 30-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib.
Bu xəbəri də oxu: Yeni kompüterlər bahalaşır, alıcılar “ikinci əl”ə üz tutur – SƏBƏBLƏR
Son.az xəbər verir ki, səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub.
Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri şiddətli yağıların fəsadlarının tam şəkildə aradan qaldırılması,bayram istirahətindən sonra yeni iş həftəsini təmiz şəhərlə qarşılamağımıza və Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini vermişdir.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcəkdir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələr
Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkə
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Rasim
Yapon fəlsəfəsi "Kaizen"dən uyğunlaşdırılan "60 saniyə q
Pişiklərdən insanlara yoluxa bilən Sporothrix brasiliensis göbələyi müə
Texnologiya dünyasında, xüsusilə RAM qiymətlərinin artması və tədarük
Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər
Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həy
Son.az bu günün qoroskopunu təqdim edir:
Baharın gəlişi ilə birlikdə bağ qulluğunda təkrar emal üsulları ön pl
"Eşref Rüya" serialının üçüncü mövsümünün çəkilməsinə
Yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda münaqişənin nizamlanmas
"Paltarlarım təmiz və ütülü olmaldır. Yeməkdə kaprizli deyiləm. S
Bazarlarda çox vaxt yanından keçdiyimiz, kifayət qədər önəm vermədiyimi
