Beynəlxalq Koçluq Sertifikasiyası Proqramı ərəfəsində Soulmind təqdimatı keçirilib FOTO


Digərləri 01 Dek 2025 18:19:00 52 0

Beynəlxalq Koçluq Sertifikasiyası Proqramı ərəfəsində Soulmind təqdimatı keçirilib  FOTO

Bakı KOB Evində Soulmind brendinin təqdimat tədbiri keçirilib. Tədbirdə dövlət dövlət orqanlarının və ictimai qurumların nümayəndələri, şirkət rəhbərləri, biznes və innovasiya sahəsinin təmsilçiləri, media nümayəndələri və gənclər iştirak ediblər. Tədbir Beynəlxalq Koçluq Sertifikasiyası Proqramı (ICC), 12, 13 və 14 dekabr tarixlərində keçiriləcək proqram ərəfəsində təşkil olunub. Layihə Soulmind və Helsinkidə (Finlandiya) yerləşən Ümumdünya Koçluq Təşkilatı (WCO) arasında imzalanmış əməkdaşlıq memorandumunun çərçivəsində həyata keçirilir və Azərbaycanda koçluq sahəsinin inkişafında yeni mərhələnin başlanğıcını simvolizə edir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb. Görüş zamanı qonaqlara Soulmind brendinin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Soulmind şəxsi inkişaf, psixologiya, korporativ idarəetmə və kouçluq sahələrində müasir, elmi əsaslı və praktik təsiri yüksək olan yanaşmalar təqdim etməyi hədəfləyir. Bu yanaşma həm fərdlərin inkişafını, həm də təşkilatların dayanıqlı və sağlam şəkildə böyüməsini dəstəkləyən kompleks bir model kimi təqdim olunub.Brend fərdlərə və təşkilatlara psixoloji dəstək, inkişaf programları və beynəlxalq standartlara uyğun olaraq fərdlərin və komandaların potensiallarını kəşf etməyə imkan yaradır. Tədbirdə çıxış edən nümayəndələr Soulmind-in ölkədə insan kapitalının gücləndirilməsi və müasir idarəetmə modellərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Qonaqlara inkişaf strategiyası, xidmətin strukturu və yaxın dövr üçün nəzərdə tutulan layihələr haqqında təqdimat nümayiş olunub. Xüsusilə korporativ mühitdə psixoloji təhlükəsizlik, komanda dinamikası və davranış risklərinin idarə olunması üzrə həyata keçirilən proqramlar da praktik nümunələrlə göstərilib. Bu təqdimatlar şirkətlərin daxili proseslərinə psixoloji baxışın gətirdiyi real təsirləri və nəticələri praktik nümunələrlə ortaya qoyub. Soulmind artıq Avropanın bir sıra nüfuzlu rəsmi qurumları ilə əməkdaşlıqlar qurub və bu beynəlxalq təcrübənin milli dəyərlərə uyğunlaşdırılmış formada yerli bazara inteqrasiya edilməsini hədəf qoyub. Tədbirin sonunda iştirakçılar öz rəylərini və təkliflərini təqdim edib, qarşıdakı dövr üçün mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu like
  • 01 Dek 18:15  
Kriminal Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu

Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festi

arrow Ətraflı
"Mən ruhi xəstəyəm" like
  • 01 Dek 18:00  
Şou-biznes "Mən ruhi xəstəyəm"

Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında "Ölüm haqdır" ma

arrow Ətraflı
31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir like
  • 01 Dek 17:55  
Digərləri 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir

Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə �

arrow Ətraflı
300 uşağı var imiş like
  • 01 Dek 17:50  
Digərləri 300 uşağı var imiş

Çinli milyarder 300 övlad sahibi olduğunu etiraf edib.

arrow Ətraflı
Çox pul xərcləmək depressiyaya səbəb ola bilər  Mütəxəssislər xəbərdarlıq edir like
  • 01 Dek 17:42  
Digərləri Çox pul xərcləmək depressiyaya səbəb ola bilər Mütəxəssislər xəbərdarlıq edir

Son dövrdə aparılan müşahidələr göstərir ki, insanlar böyük məbləğ

arrow Ətraflı
Röya keçmiş ərindən DANIŞDI: "Onlar ailəlikcə elədirlər" like
  • 01 Dek 17:41  
Şou-biznes Röya keçmiş ərindən DANIŞDI: "Onlar ailəlikcə elədirlər"

Xalq artisti Röya Ayxan keçmiş əri Anar Cəlilovdan danışıb.

arrow Ətraflı
Əli Əsədov yeni qərar imzaladı like
  • 01 Dek 17:31  
Digərləri Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş &qu

arrow Ətraflı
Sumqayıtda yataqxanada yanğın like
  • 01 Dek 17:27  
Digərləri Sumqayıtda yataqxanada yanğın

Sumqayıt şəhərində yanğın olub.

arrow Ətraflı
"ChatGPT"də reklamlar olacaq like
  • 01 Dek 17:25  
Digərləri "ChatGPT"də reklamlar olacaq

OpenAI-nin "ChatGPT" tətbiqinin Android beta versiyasında reklam xü

arrow Ətraflı
Bu şəxslər erkən pensiya hüququ qazana bilər like
  • 01 Dek 17:24  
Digərləri Bu şəxslər erkən pensiya hüququ qazana bilər

Xəbər verdiyimiz kimi, "Əmək pensiyalarının təyin edilməsi, hesabla

arrow Ətraflı
İranda tanınmış aparıcı saxlanıldı  FOTO like
  • 01 Dek 17:19  
Dünya İranda tanınmış aparıcı saxlanıldı FOTO

İran polisi məşhur komediyaçı, "Gecəyarısı" verilişinin apar�

arrow Ətraflı
Məşhur aktrisanın oğlu cinsini DƏYİŞDİRDİ like
  • 01 Dek 17:10  
Şou-biznes Məşhur aktrisanın oğlu cinsini DƏYİŞDİRDİ

1990-cı illərdə şöhrət qazanan türkiyəli aktrisa Çiçek Dilligil və m�

arrow Ətraflı
Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi  Reanimasiyadadır  FOTO like
  • 01 Dek 17:08  
Digərləri Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi Reanimasiyadadır FOTO

Türkiyəli aktyor Murat Cemcir evdə özünü pis hiss etdikdən sonra təcili

arrow Ətraflı
Berlin Elm Həftəsində Azərbaycanli kuratorun “Beyond Now” proqrami təqdim olunub  FOTO like
  • 01 Dek 17:05  
Kriminal Berlin Elm Həftəsində Azərbaycanli kuratorun “Beyond Now” proqrami təqdim olunub FOTO

2025-ci il Berlin Elm Həftəsi çərçivəsində I-opener e.V.-nin sədr müavi

arrow Ətraflı