Yanaraq ölən Zəhmətin son sözləri: "Ay qonşular, uşaqlarımı mənə vermirlər"


Digərləri 01 Dek 2025 19:34:00 68 0

Yanaraq ölən Zəhmətin son sözləri: "Ay qonşular, uşaqlarımı mənə vermirlər"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Aybəniz Hüseynova həmin gün kürəkəninin onlara gəldiyini bildirdi:

"Gözləri qıpqırmızı idi, salamlaşmamış Ayseli çağırdı. Yoldaşım gələnə kimi evə girmədi, nə qədər dedik inadından dönmədi. Başladı qapıları döyməyə ki, ay qonşular, uşaqlarımı mənə vermirlər. Yoldaşımla bunu sakitləşdirə bilmirdik, o tərəfə, bu tərəfə qaçıb qonşuların qapılarını yumruqlayırdı. Oğluma zəng elədim, gəldi. Məhərrəm onu min qılıqla evə apardı ki, uşaqlarını görsün. Keçib uşaqlara baxıb sonra oğlumla birlikdə çıxdı. Nə qədər dedik qalmağa razılaşmadı, getdi. Mən istəmirdim ki, Məhərrəm Zəhmətlə tək getsin. Sonra yoldaşım gəldi dedi ki, Zəhmət özünü yandırıb. O gedən kimi Məhərrəm gəldi, yoldaşımı soruşdu, dedim paltarları verdim, aparıb getdi".

Şahid Aysel Əhmədova yoldaşı və qaynanası ilə olan mübahisədən sonra atasının evinə getdiyini dedi:

"Yoldaşıma dedim ki, bu evdə qala bilmərik. Ya atamgildə müvəqqəti qalaq ya da kirayə ev tutaq. Yoldaşım da dedi ki, mən bu evdən çıxmaram, evdə haqqım var, tikintisi üçün kreditə pul götürmüşəm. Yoldaşım banka borcu olduğuna görə axtarışda idi. Mən atamgilə getdim, o gəlmək istəmirdi. Uşaqları görmək üçün  hər gün gələ biləcəyini demişdim Zəhmətə. Həmin gün qapı döyüldü, anam açdı qapını. Yoldaşım da qışqıraraq məni çağırmağını tələb elədi. Mən içəridən çıxa bilmirdim deyə çöldə baş verənləri görmədim, sonra qardaşım  Zəhmətin özünü yandırdığını xəbər elədi".

Şahid Fərid Xəlilov Fərid hadisənin şahidi olmasa da sonradan gələndə yanmış vəziyyətdə olan adamı gördüyünü bildirdi:

"Yandım, yandım, həkim çağırın mənə, deyə qışqırırdı. Paltarlarını soyuna-soyuna çənlərə tərəf qaçdı. Mən tez mühafizəni köməyə çağırdım, həkimləri gözləməyə başladıq".

Şahid Allahverdi Ələsgərov həmin gün ev qapısının qonşusunun kürəkəni tərəfindən şiddətlə döyüldüyünü dedi:

"Zəhmət uşaqlarının öldürüldüyünü, ondan gizlətdiklərini deyib qışqırırdı. Məhərrəm gələndən sonra onu sakitləşdirib evinə aparmaq istəyirdi, israr edirdi ki, ancaq onunla gedəcək. Sonra Məhərrəm gələrək onun özünü yandırdığını dedi".

Məhkəmə qalan iki şahidin məcburi qaydada gətirilməsi barədə qərar verdi.

Növbəti proses dekabrın 8-nə təyin olunub.

Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-u, gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora gələrək, səs-küy yaradıb. Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib. Məhərrrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq?  RƏSMİ like
  • 01 Dek 19:27  
Digərləri Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? RƏSMİ

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə bur

arrow Ətraflı
Polis bu qadınları axtarır  FOTO like
  • 01 Dek 19:25  
Digərləri Polis bu qadınları axtarır FOTO

Hazırda polis tərəfindən axtarışda olan qadınların sayı 6 nəfərdir. O

arrow Ətraflı
Kreml: Putin sabah Uitkoffla görüşəcək like
  • 01 Dek 19:23  
Digərləri Kreml: Putin sabah Uitkoffla görüşəcək

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin A

arrow Ətraflı
Rəşad Dağlının qızı atasına mahnı ithaf etdi like
  • 01 Dek 19:00  
Şou-biznes Rəşad Dağlının qızı atasına mahnı ithaf etdi

Meyxanaçı Rəşad Dağlının qızı Bətül musiqi təhsili almağa başlayı

arrow Ətraflı
Mayor Şahin Quliyevə hökm oxundu like
  • 01 Dek 18:53  
Digərləri Mayor Şahin Quliyevə hökm oxundu

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sab

arrow Ətraflı
Yuxulayaraq, sərnişinin ölümünə səbəb olan taksi sürücüsünə hökm oxundu like
  • 01 Dek 18:43  
Digərləri Yuxulayaraq, sərnişinin ölümünə səbəb olan taksi sürücüsünə hökm oxundu

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən ta

arrow Ətraflı
Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açıldı like
  • 01 Dek 18:36  
Kriminal Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açıldı

Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəf

arrow Ətraflı
Dənizkənarı bulvarda buz meydançası yaradılıb like
  • 01 Dek 18:32  
Digərləri Dənizkənarı bulvarda buz meydançası yaradılıb

Dənizkənarı Bulvar İdarəsi builki Yeni il yarmarkasına xüsusi hazırlıq

arrow Ətraflı
Mehriban Canməmmədovaya yüksək vəzifə verildi like
  • 01 Dek 18:26  
Digərləri Mehriban Canməmmədovaya yüksək vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinə di

arrow Ətraflı
Beynəlxalq Koçluq Sertifikasiyası Proqramı ərəfəsində Soulmind təqdimatı keçirilib  FOTO like
  • 01 Dek 18:19  
Digərləri Beynəlxalq Koçluq Sertifikasiyası Proqramı ərəfəsində Soulmind təqdimatı keçirilib FOTO

Bakı KOB Evində Soulmind brendinin təqdimat tədbiri keçirilib. Tədbirdə d

arrow Ətraflı
Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu like
  • 01 Dek 18:15  
Kriminal Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu

Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festi

arrow Ətraflı
Polis Şərurda əməliyyat keçirdi  Saxlanılanlar var like
  • 01 Dek 18:12  
Kriminal Polis Şərurda əməliyyat keçirdi Saxlanılanlar var

Şərur rayonunda oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
"Mən ruhi xəstəyəm" like
  • 01 Dek 18:00  
Şou-biznes "Mən ruhi xəstəyəm"

Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında "Ölüm haqdır" ma

arrow Ətraflı
31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir like
  • 01 Dek 17:55  
Digərləri 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir

Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə �

arrow Ətraflı