"Söyüş söydü, mən də onu vurdum" Həyat yoldaşının qətlini sifariş edən Əzizənin
Kriminal 01 Dek 2025 19:46:00 71 0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə həyat yoldaşının qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət isinin növbəti məhkəmə prosesi keçirilib.
Son.az xəbər verir ki, təqsirləndirilən Elvin Əliyevin əlavə ifadəsi dinlənilib.
O, ifadəsinda bu cinayətdən xəbəri olmadığını deyib:
"Mənim o işdən xəbərim olmayib. Mehdi deyib ki, bir nəfərlə söhbətim var gedək onu həll edək. Mehdi taksi şoferi olduğu üçün ora maşın sürüb. Orda da mübahisə zamanı Əli söyüş söydü, məndə söyüş söydüyü üçün onun ayağından vurmuşam. Zərərçəkən tərəf deyir ki, guya Əlinin evindən konum atıblar, biz də onunla getmişik. Belə olmayib; mən Əzizənin kim olduğunu bilməmişəm, heç bir sifarişdən də söhbət gedə bilməz. O söyüş söydü mənə, mən də onu vurdum".
Prosesin gedişində tərəflər arasında mübahisə yarandığından hakimin göstərişi ilə zərərçəkənin qardaşı məhkəmə zalından çıxarılıb.
Digər təqsirləndirilən Mehdi Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsi səsləndirildikdən sonra onun hazırda olan ifadəsi və ilkin istintaq zamanı olan ifadəsi arasındakı ziddiyətin izahı tələb edildikdə, o, bunu istintaq zamanı təzyiqlərə məruz qaldığı ilə əsaslandırıb.
Daha sonra o qətllə bağlı hər hansı bir sifarisin olmadığını deyib.
Təqsirləndirilən Bəxtiyar Fərzəliyev də həmçinin ibtidai istintaqa verdiyi ifadəsini inkar edərək, digərləri kimi ona zor tətbiq olunduğunu bildirib.
Vaxt məhdudiyyəti olduğundan sənədlərin tədqiqi mərhələsi dekabrın 23-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə cəzalandırmaq istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Onu da qeyd edək ki,daha öncəki məhkəmə prosesləri zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib.
Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər. (lent.az)
Türkiyəli müğənni Ajda Pekkanın Bodrumda 4 mərtəbəli villası təmir ed
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sə
Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə bur
Hazırda polis tərəfindən axtarışda olan qadınların sayı 6 nəfərdir. O
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin A
Meyxanaçı Rəşad Dağlının qızı Bətül musiqi təhsili almağa başlayı
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sab
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən ta
Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəf
Dənizkənarı Bulvar İdarəsi builki Yeni il yarmarkasına xüsusi hazırlıq
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinə di
Bakı KOB Evində Soulmind brendinin təqdimat tədbiri keçirilib. Tədbirdə d
Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festi
Şərur rayonunda oğurluq hadisəsi baş verib.
