Sinə xərçənginin də dərmanı tapıldı
Digərləri 11 Dek 2025 22:00:00 70 0
Təhlükəli növ döş xərçənginin təkrarlanma riskini azaltmaq üsulu tapılıb.
Bu xəbəri də oxu: Elçin Quliyev generalın oğluna
Son.az xəbər verir ki, Kaliforniya Universitetinin (Los-Anceles) alimləri erkən mərhələdə hormonlara həssas döş xərçənginin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilən yeni preparat olan giredesrant hazırlayıblar.
Tədqiqatın nəticələri ABŞ-da keçirilən SABCS - San Antonio Breast Cancer Symposium tədbirində təqdim olunub.
Məsələ HR-müsbət, HER2-mənfi sinə xərçəngi ilə bağlıdır. Bu tip şiş ən geniş yayılmış formadır və inkişafı üçün estrogen hormonlarından istifadə etdiyi üçün müalicədən sonra belə yüksək təkrarlanma riski ilə seçilir.
Aparılan genişmiqyaslı araşdırmaya 4 mindən çox pasiyent cəlb edilib. Nəticələrə görə, yeni preparat şişin yenidən yaranması ehtimalını təxminən üçdə bir azaldıb və onun digər orqanlara yayılma riskini də aşağı salıb.
Müşahidə müddəti təxminən 3 il davam edib. Bu müddət ərzində giredesrant qəbul edən pasiyentlərdə müalicəni yarımçıq qoyma hallarının standart hormonal terapiya ilə müqayisədə daha az olduğu müəyyən edilib.
Giredesrant estrogen reseptorlarını sadəcə bloklamayan, onları tam məhv edən yeni tip dərmanlara aiddir. Bu xüsusiyyət sayəsində xərçəng hüceyrələri böyümə mexanizmindən məhrum olur. Alimlər bildirirlər ki, tədqiqat nəticələri təsdiqlənərsə, preparat son onilliklərin hormonal terapiya sahəsində ən mühüm yeniliklərindən birinə çevrilə bilər.
İsmayıl Son.az
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliy
Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavin
Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin xatirəsin�
Ustalar tez-tez söndürülüb-yandırılmasının əlavə yanacağa səbəb old
Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin a�
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisad Birliyinin Hökumə
Ermənistan bütün hüquq və öhdəliklərini saxlayaraq KTMT-nin tamhüquqlu
"Time" jurnalı süni intellekt dövrünü formalaşdıran texnologiya
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəs
Azərbaycanda klassik təsviri sənət ənənələrinin yaşadılması və rəss
Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqəd
Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanuns
