Siyasət

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

2025-12-08 19:26:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Xəbər yenilənəcək Son.az 

Prezident: Bizdə kifayət qədər böyük enerji potensialı var

2025-12-08 19:25:00

Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var.

İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

2025-12-08 19:20:00

Biz bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlarımızı genişləndirəcəyik.

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

2025-12-08 19:17:00

Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Eyni zamanda, bu gün Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayırıq.

Bratislavada İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub

2025-12-08 19:13:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. Xəbər yenilənəcək Son.az

Prezident: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

2025-12-08 19:12:00

Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz birinci yerdəyik.

Slovakiya Prezidenti: Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir

2025-12-08 19:10:00

Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir.

Peter Pelleqrini: Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir

2025-12-08 19:08:00

Azərbaycan Prezidentinin Slovakiyaya bu səfəri ən yüksək səviyyədə bizim qarşılıqlı marağımızı təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik.

İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

2025-12-08 19:07:00

Səfər zamanı apardığımız danışıqlar onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.

İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub

2025-12-08 18:41:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub. Son.az 

İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub

2025-12-08 18:16:00

Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfərə gedib FOTO

2025-12-08 17:46:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gedib.

Azərbaycan sülhməramlıları Qəzzaya göndərilir? Nazir açıqladı

2025-12-08 14:54:00

Azərbaycan ABŞ-dən Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb.

İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

2025-12-08 14:20:00

Regional ölkələr arasında məsləhətləşmələrin davam etdirilməsini dəstəkləyir.

Prezident Tofiq Bakıxanovla bağlı Sərəncam imzaladı

2025-12-08 11:31:00

Tofiq Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Prezident İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib FOTO

2025-12-08 11:25:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qərb cihazları söndürdü: ABŞ və Avropa yoxsul dünyanı səhiyyə böhranına sürükləyir

2025-12-08 10:41:00

ABŞ, Böyük Britaniya və kontinental Avropanın qlobal səhiyyə sisteminin əsas donorlarından milli büdcə konsolidasiyasına üstünlük verən aktorlara çevrilməsi beynəlxalq yardımın arxitekturasını necə dəyişir, qlobal təhlükəsizlik balansını hansı istiqamətə yönəldir və bizi yenidən pandemiyadan öncəki yüksək ölüm və epidemioloji qeyri-sabitlik dövrünəmi qaytarır?

İlham Əliyev: AzərbaycanQırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

2025-12-07 14:22:00

Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb.

İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

2025-12-07 13:21:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Məhəmməd Yunusla görüşüblər

2025-12-07 13:05:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər.

Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

2025-12-07 09:39:00

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

"Heç bir qorxum yoxdur" Paşinyan Azərbaycanla sərhəddə

2025-12-06 22:25:00

"Kirantsda heç bir insident baş verməyib. Bu divar bizim təhlükəsizliyimizi təmin etmək üçün bir vasitədir". 

Brüssellə İrəvanın "strateji tərəfdaşlığı": Avropa İttifaqının yanlış və təhlükəli qərarı

2025-12-06 22:10:00

Avropa İttifaqı və Ermənistan diplomatiyanın təkcə sülh vasitəsi deyil, bəzən də yeni gərginliklərin mənbəyi ola biləcəyini bölgəyə bir daha "xatırlatmaq" qərarına gəliblər. Dekabrın 2-də imzalanmış "Ermənistan-Aİ Strateji tərəfdaşlıq gündəliyi" adlı 64 səhifəlik sənəd əslində İrəvanın modernləşməsi üçün bir yol xəritəsi kimi nəzərdə tutulmuşdu. Amma sənədin məzmunu elə bir siyasi manifestə çevrilib ki, onun regiondakı kövrək təhlükəsizlik balansını sarsıtmaq riski var. Kağız üzərində bu saziş klassik diplomatik prosedur kimi görünür: iqtisadi islahatlar, demokratik idarəçilik, sektoral əməkdaşlıq və s. Lakin bu "bürokratik" cümlələrin arxasında bölgədəki sülh reallıqlarına zidd gələn və postmünaqişə dövrünün mənzərəsini təhrif edən müddəalar gizlənir. Brüsseldə isə sanki bunu görməməzliyə vurublar. Ən maraqlısı budur ki, Ermənistanla bağlı olan bu sənədin yarısından çoxu Azərbaycan ətrafında qurulub. Üstəlik, bu bölmələrdəki ritorika nə balanslıdır, nə də hüquqi əsaslara söykənir. Sanki Aİ dialoqu təşviq etmək əvəzinə, çoxdan köhnəlmiş, Xankəndidəki işğal rejimi ilə birlikdə tarixə qovuşmuş terminlərə qayıdır. Sənədin ilk səhifələrindən etibarən "Dağlıq Qarabağda müharibədən sonrakı əməliyyatlar və ardınca erməni əhalinin köçürülməsi" kimi ifadələr işlədilir. Bu, sadəcə qeyri-dəqiq deyil - faktlara tamamilə ziddir. Bakı 2023-cü ilin sentyabrına qədərki dövrdə dəfələrlə açıq şəkildə sülh və reinteqrasiya təklifləri irəli sürüb, Xocalı və Yevlaxda erməni icması ilə görüşlər keçirib, qalmaq istəyənlər üçün elektron qeydiyyat portalı yaradıb, təhlükəsizlik təminatları verib. Gedənlərin qərarı isə təzyiq nəticəsində deyil, birbaşa siyasi motivasiyalarla - qanunsuz separatçı qurumun rəhbərlərinin çağırışları və İrəvandan aparılan təbliğat kampaniyaları nəticəsində formalaşdı. Məqsəd aydın idi: bu proses sonradan "humanitar fəlakət" kimi təqdim olunsun. Aİ bütün bu faktları çox yaxşı bilir. Amma görməzlikdən gəlir. Niyə? Cavab sadədir: bu sənəd analitik deyil, siyasi xarakter daşıyır. "Köçürülmə" ifadəsi hüquqi termin deyil, diplomatik manipulyasiyanın alətidir. Daha da təəccüblüsü, sənəddə ötən əsrin sonlarında İrəvandan və digər bölgələrdən deportasiya edilən 300 min azərbaycanlıya bir cümlə belə ayrılmayıb. Bu, sadəcə zəif analitika deyil - bərabər yanaşma prinsipinin açıq şəkildə pozulmasıdır. Daha paradoksal olan məqam odur ki, 2025-ci ildə Aİ hələ də "Dağlıq Qarabağ" terminini diriltməyə çalışır. Halbuki bu ifadə nə hüquqi, nə siyasi müstəvidə artıq mövcud deyil. Hər bənddə dövlət suverenliyi və ərazi bütövlüyünə hörmət çağırışı edən Avropa İttifaqı, paradoksal şəkildə, bu prinsipləri öz sənədində pozur. Məntiqi ziddiyyət üzərində qurulan diplomatiya isə bəzən silahlı münaqişədən də sürətlə böhrana aparır. Bu ifadələr sadəcə ritorik səhv deyil. Onlar hazırkı sülh prosesinə birbaşa zərbədir. Xüsusilə də nəzərə alsaq ki, bu ilin avqustunda Vaşinqtonda ABŞ prezidenti Trampın vasitəçiliyi ilə misilsiz irəliləyiş əldə olunmuşdu: sülh sazişinin mətni paraflanmış, kommunikasiyaların açılması barədə razılıq əldə edilmişdi. Onilliklərdən sonra ilk dəfə bölgə real sabitlik trayektoriyasına çıxmaq imkanı qazanmışdı. Amma Aİ-nin dekabr sənədi bu prosesə əngəl rolunu oynayır, əgər demək mümkündürsə, açıq sabotaja çevrilir. Daha da narahatedici məqam - Monte Melkonyan adına Ermənistan Hərbi Məktəbinin Avropa təlim mərkəzləri şəbəkəsinə qoşulması təşəbbüsüdür. Bu, təkcə simvolik məsələ deyil. Melkonyan "milli qəhrəman" kimi təqdim olunsa da, o, başqa bir dövlətin ərazisində silahlı əməliyyatlarda iştirak etmiş, ağır cinayətlərdə adı hallanan şəxsdir. Belə bir fiqurun legitimləşdirilməsi Avropa dəyərləri ilə köklü surətdə ziddiyyət təşkil edir və Aİ-nin xarici siyasətinin mənəvi dayaqlarını sarsıdır.

Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikinti işlərindən görüntülər

2025-12-06 19:29:00

"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilməsi ilə bağlı məlumat yayıb.

Donald Tramp İlham Əliyevə təşəkkür etdi

2025-12-06 15:50:00

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Prezident Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib FOTO

2025-12-06 15:23:00

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding" şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.

İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

2025-12-06 11:02:00

Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubba ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə məktub ünvanlayıblar

2025-12-05 23:18:00

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar.

Ceyhun Bayramov Vyanada Konfransda çıxış edib

2025-12-05 22:08:00

5 dekabr 2025-ci il tarixində Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Vyanada keçirilən 4-cü Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib və çıxış edib.

Prezident: Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbidir

2025-12-05 09:46:00

Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.

Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zamanzaman məhv etmişdir

2025-12-05 09:43:00

Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra - 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.