Kriminal

Qonşularını öldürüb meyitini kanala atan ataoğulla bağlı qərar verildi

2025-12-08 17:53:00

Saatlı rayonunda 66 yaşlı kişini qətlə yetirib meyitini su kanalına atan şəxslərin məhkəməsi yekunlaşıb.

İranla sərhəddən narkotik keçirilməsinin qarşısı alındı, 2 nəfər saxlanıldı FOTO

2025-12-08 13:03:00

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir FOTO

2025-12-08 12:16:00

Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025"in açılış mərasimi keçirilir.

2025də onları itirdik FOTO

2025-12-08 11:38:00

2025-ci il Azərbaycanda mədəniyyət və şou-biznes sahəsində bir sıra tanınmış şəxslərin vəfatı ilə yadda qaldı.

"İlhamə Quliyeva dedi ki, Mədəniyyət naziri özüməm, kimi istəsəm o da xalq artisti olacaq"

2025-12-08 09:40:00

Bu ölkənin Mədəniyyət naziri özüməm, kimi istəsəm o da xalq artisti olacaq.

Unudulmaz Maestro Vaqif Mustafazadə – caz ulduzlarının iştirakı ilə möhtəşəm konsert Bakıda VİDEO FOTO

2025-12-07 21:12:00

Jolli Joker klubunda "Unudulmaz Maestro" konserti baş tutdu. Tədbir, 85 illik yubileyinə həsr olunmuş, Dövlət mükafatı laureatı, caz-muğam üslubunun banisi və əfsanəvi pianoçu və bəstəkar Vaqif Mustafazadəyə ithaf olunmuşdu.

Polis əməliyyatlar keçirdi

2025-12-06 11:42:00

Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

XVI Bakı Beynəlxalq Kinofestivalının təntənəli açılışı keçirildi – 34 ölkədən 78 film təqdim olunur FOTO

2025-12-05 22:26:00

"Nizami" Kino Mərkəzində Mədəniyyət Nazirliyinin və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təşkil olunan 16-cı Bakı Beynəlxalq Kinofestivalının - Baku International Film Festivalın təntənəli açılışı baş tutub. Bu il festival 5-9 yanvar tarixlərində  "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025" çərçivəsinə daxil olan Baku Cinema Breeze 2025 beynəlxalq kino proqramı çərçivəsində keçirilir.  "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025"  5-12 oktyabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək. Açılış mərasimində dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri, yaradıcı gənclər və xarici qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən direktor müavini Saadat Yusufova, Baku International Film Festivalın direktoru Fehruz Şamiev, münsiflər heyətinin üzvləri və xarici qonaqlar festivalın əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, bu tədbir hər il müxtəlif ölkələrdən olan kino nümayəndələrini bir araya gətirir, müasir müəllifləri stimullaşdırır, yaradıcılıq inkişafı, işlərini təqdim etmək və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Bu il Festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11:00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.  Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən Festivalda dörd müsabiqə proqramı var. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilir. Bu il Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışan 10 filmi tanınmış kino tənqidçisi, ssenarist Nadir Bədəlov, filmləri nüfuzlu festivallarda mükafat qazanan iranlı kinorejissor, ssenarist Niki Kərimi, Avropa Kino Akademiyasının "Ən yaxşı prodüser" mükafatına layiq görülən Zeynəb Atakan, Varşava Beynəlxalq Film Festivalının baş proqramçısı, belaruslu kino mütəxəssis İqor Soukman qiymətləndirəcək. Festivalın Yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşıları müəyyənləşdirəcək münsiflər heyətində filmləri Serbiya, Rusiya, Polşada keçirilən festivallarda mükafatlar qazanan rejissor, prodüser Fariz Əhmədov, xaricdə Azərbaycan dilində çəkilmiş filmlərin təbliğ olunması ilə bağlı müxtəlif layihələr həyata keçirən iranlı rejissor, prodüser Rza Siami, dövri mətbuatda kino, televiziya, mədəniyyət sahəsinə aid publisistik və analitik yazılarla çıxış edən Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova, Azərbaycan tənqidçiliyində rezonansa səbəb olan məqalələr müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova təmsil olunur.  Türkiyənin TRT telekanalının kino şöbəsinin müdiri, prodüser Faruk Güvən, sənədli filmləri beynəlxalq festivallarda mükafatlara layiq görülmüş rejissor Rüfət Əsədov, Yeni Zelandiyalı tənqidçi və film proqramçısı Karmen Qrey isə Beynəlxalq qısametrajlı film müsabiqəsində yarışan filmlər arasından nominasiyalar üzrə qalibləri müəyyənləşdirəcəklər.  Asiya istedadları müsabiqəsinin jüri heyətində prodüseri olduğu filmlərlə Kann, Tampere, Kazan, Daşkənd,  Düşənbədə mükafatlar qazanan Əli- Səttar Quliyev, "Şərq-Qərb. Klassika və avanqard" beynəlxalq kinofestivalının proqram direktoru Roman Dorofeyev, beynəlxalq festivallar qalibi kinorejissor, operator Daniel Quliyev yer alır.  Bildiyiniz kimi Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı "Qızıl Nar"dır. Bununla yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir.

Azərbaycan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisinin açılış mərasimi keçirilib – FOTO

2025-12-05 18:07:00

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, milli təsviri sənətdə realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük sənətkarın  yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamına əsasən reallaşan tədbirdə "Mirzə Qədim İrəvani: Zamanların qovşağında" kitabının təqdimatı və "Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi" sərgisinin açılış mərasimi baş tutub.      

Cakomo Puççininin “Bohema” operası nümayiş etdirilib FOTO

2025-12-05 17:15:00

Opera studiyasının səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Cakomo Puççininin "Bohema" operası nümayiş etdirilib. 

Filarmoniyanın noyabr ayında keçirilmiş abonement konsertləri FOTO

2025-12-05 16:09:00

2022-ci ildən etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər davam etdirilir.  

Mayor Ruhin Tağıyev həbs olundu

2025-12-05 12:10:00

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb.

Ehtiyatsızlıqdan olsa belə, 2 illik həbs ediləcəklər

2025-12-05 11:28:00

Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs ediləcək.

Tulin və tələbəsi saxlanıldı

2025-12-05 09:50:00

Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə boksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi saxlanılıb.

44 yaşlı qadın bıçaqlandı Şübhəli əridir

2025-12-04 23:03:00

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncədə yeniyetmə bıçaqlandı

2025-12-04 20:44:00

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

Azərbaycan Kuboku üzrə rəqs yarışması keçirildi –

2025-12-04 20:31:00

Azərbaycan Rəqs Assosiasiyasının və Azərbaycan Gənclər İttifaqının prezidenti Əziz Əzizovun rəhbərliyi ilə bazar günü Sərhədçi İdman Kompleksində Azərbaycan Kuboku üzrə rəqs yarışması keçirildi. Turnirin ümumi mükafat sayına görə Çempionlar Kubokunu Bakının "GRASİYA DANCE CLUB" kollektivi, rəhbəri Nigar Əliyeva qazandı. Komanda müxtəlif nominasiyalarda 9 qələbə əldə edərək münsifləri ustalıqları, orijinallıqları və yüksək səviyyəli hazırlıqları ilə heyran etdi. Diqqətəlayiq digər güclü kollektivlər: "XƏMSƏ" (Gəncə) - 7 qələbə, Azərbaycan folklorunu yeni yüksəkliklərə qaldıraraq Şuşanın, Gəncənin və bütöv Qarabağın bəzəyinə çevrildilər; "İNCİ ANSAMBLI" (Bakı), rəhbəri Cavid Məmmədov - 7 qələbə, ustalıq və peşəkarlığın yeni səviyyəsini nümayiş etdirdilər; "QAVAL" - 4 qələbə, müxtəlif səhnə tərtibatları ilə diqqət çəkdilər; "NUR DANCE" - 2 qələbə, münsiflər və tamaşaçıların diqqətini layiqincə cəlb etdilər. Azərbaycan Kuboku finalı milli rəqs kollektivlərinin yüksək səviyyəsini təsdiqlədi, folklor ənənələrini müasir xoreoqrafik formalarla harmonik birləşdirdi. Rəqabətə baxmayaraq, xüsusilə "XƏMSƏ" və "İNCİ ANSAMBLI" kimi tanınmış kollektivlərin Azərbaycan folklorunun inkişafına verdiyi böyük töhfəni vurğulamaq vacibdir; onlar tamaşaçıları ilhamlandırmaqda və milli ənənələri qorumaqda davam edirlər. "GRASİYA DANCE CLUB"u layiqli qələbəsi münasibətilə təbrik edir, bütün iştirakçıları isə rəqs sənətinin inkişafına verdikləri böyük töhfəyə görə alqışlayırıq! Azərbaycan Rəqs Assosiasiyasının və Azərbaycan Gənclər İttifaqının prezidenti adından bütün iştirakçıları, məşqçiləri və kollektivləri həm Kubokdakı parlaq uğurları, həm də yaxınlaşan Yeni il münasibətilə təbrik edirik! Yeni il daha çox nailiyyət, ilham və parlaq çıxışlar gətirsin. Gəncədə, yanvarın sonuncu həftəsonunda keçiriləcək "Kəpəz" Kubokunda görüşənədək! 

Xalq artisti Rafiq Əzimov: Bizim evə Bağırovun bağından mermeyvə gəlirdi MÜSAHİBƏ

2025-12-04 20:23:00

Son.az APA-nın Xalq artisti Rafiq Əzimovla müsahibəsini təqdim edir:

Qonşudan hamilə qalan bacısını bıçaqlayan şəxsə ağır cəza verildi

2025-12-04 18:48:00

Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman Qarayev qısqanclıq zəminində 1987-ci il təvəllüdlü bacısı Almaz Qarayevanı (ad-soyadlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək: 34 ölkə, 78 film FOTO

2025-12-04 17:00:00

5-9 dekabr 2025-ci il tarixində 16-cı Bakı Beynəlxalq Film Festivalı keçiriləcək.  

"Con moto" adlı konsert keçirilib FOTO

2025-12-04 16:18:00

Bakı Müasir Musiqi Cəmiyyəti Cadenza orkestrinin iştirakı Beyəlxalq Muğam Mərkəzində "Con moto" adlı konsert keçirilib. Konsertdə Vladimir Runçakın "Sədaların səsləri", Çarı Nurımovun "İndira Qandinin xatirəsinə" adlı kvarteti, Qara Qarayevin Prelüd №2 və №7 (işlənmə Lalə Piriyeva), Benjamin Yusupovun "Con moto" və John Tavenerin "Quzu" (işlənmə Ayaz Qəmbərli) əsərləri ifa edilib.

Uşaqların sevimli “Aybolit”i gəlir

2025-12-04 14:52:00

Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya hazırlaşır.

Uşaq evinin sakinləri Akademik Musiqili Teatrın qonağı olub

2025-12-04 12:09:00

Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şarl Peronun məşhur "Yatmış gözəl" nağılının motivləri əsasında rejissor Anar Babalının səhnələşdirdiyi "Yatmış gözəl və cırtdanlar" tamaşası oynanılıb.

Torpağa görə əmisi oğlunu bıçaqladı

2025-12-04 01:03:00

Göyçayda torpaq sahəsinə görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən Şaiq Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Soğanla kartofu eyni yerdə saxlamayın Diqqət!

2025-12-03 21:00:00

Soğan və kartofun birlikdə saxlanması onların keyfiyyətinə ciddi zərər vurur.

İsgəndəri öldürüb bədənini hissələrə ayırıblar Meyiti Ağsuda gizlədənlərin məhkəməsi

2025-12-03 20:28:00

Nəsimi rayon sakinini yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

Sahib Paşazadə və Kamran Kərimov Pakistanın Kəraçi şəhərində Dünya Mədəniyyət Festivalında çıxış ediblər FOTO

2025-12-03 18:10:00

Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və BMM-nin solisti, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil olunan Dünya Mədəniyyət Festivalında "Ulduzların iştirakı ilə təntənəli konsert" də iştirak ediblər (Mega Music Concert). Pakistanın məşhur sənətçilərinin də qatıldığı böyük konsert proqramı 29 noyabr tarixində gerçəkləşib. Konsertin təntənəli açılışı azərbaycanlı musiqiçilərin çıxışı ilə başlanıb. Yüksək səviyyədə təşkil edilən festivalda Sahib Paşazadə və Kamran Kərimovun ifaları, Azərbaycan muğamı, musiqi alətlərimiz böyük sevgi və maraqla qarşılanıb. Sənətkarların ifasında "Heyratı" zərb muğamı və kompozisiyası, "Bayatı Şiraz" üzərində muğamlar və rəqslərdən ibarət kompozisiya, Pakistan milli musiqisindən ibarət proqram təqdim olunub. Böyük konsert layihədə Pakistanın tanınmış ifaçıları Faris Şəfi, Miişa Şəfi, Gizri, Darabu çıxış ediblər. Konsertdə tamaşaçı izdihamı müşahidə edilib. Çoxsaylı tamaşaçılar azərbaycanlı musiqiçilərin çıxışlarını sürəkli alqışlarla qarşılayıblar. 

Rəşid Behbudov adına Mahnı Teatrının Estrada Simfonik Orkestri Sumqayıtda qastrol konserti ilə çıxış edib – FOTO

2025-12-03 17:55:00

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada Simfonik Orkestri Sumqayıt Şəhəri Kimyaçı Mədəniyyət Sarayında qastrol konserti ilə çıxış edib. Musiqili axşam kino musiqisinə həsr olunmuş xüsusi proqramla təqdim olunub.

"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı

2025-12-03 16:40:00

"Lotu Quli" ləqəbli kriminal aləmin üzvü Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

NARGIS Nəşriyyat evinin "Winter in Azerbaijan" adlı yeni sərgisi açılıb

2025-12-03 13:40:00

Yeni il mövsümü yaxınlaşır və bununla birlikdə ənənəvi “Gingerbread City” də geri qayıdır!

Uşağın saçını sığallayıb qulağındakı qızıl sırğaları OĞURLADI

2025-12-03 09:43:00

Paytaxtda fəaliyyət göstərən gözəllik salonlarından birində oğurluq hadisəsi baş verib. Son.az xəbər verir ki, Bakues.az-a daxil olan şikayətə görə, naməlum qadın gözəllik salonunda olan azyaşlı qızın başını sığallayaraq onun qulağındakı sırğanı dartıb çıxarıb və dərhal salondan uzaqlaşıb. Hadisə anı salonun təhlükəsizlik kameralarına düşüb.

Dirijor Ramiz Məlik Aslanov Prezident İlham Əliyevə müraciət ünvanladı

2025-12-03 09:03:00

Səhhətində son zamanlar problemlər yaşayan Xalq artisti, dirijor Ramiz Məlik Aslanov müalicəsinə dövlət tərəfindən göstərilən dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.