Kriminal

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbimusiqili proqram təqdim edilib FOTO

2025-12-02 18:29:00

Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbi-musiqili proqram təqdim edib. Xalq artisti Mehriban Zəkinin aparıcılıq etdiyi tədbir ədəbiyyat və musiqinin həmahəngliyi ilə tamaşaçılara xoş ovqat bəxş edib. 

“Bir Dəniz Hekayəsi” – Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yeni səhnə təcrübəsi

2025-12-02 18:20:00

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında neon estetikasında hazırlanmış tamaşa nümayiş olunub. Tamaşa teatrın geniş auditoriya üçün nəzərdə tutulmuş yeni mövsüm layihələri çərçivəsində təqdim olunub. Yaradıcı komandanın məqsədi Mahnı Teatrının təcrübəsinə yeni nəfəs gətirməkdir. "Bir Dəniz Hekayəsi" həm ritmə, həm rəqsə, həm də hekayəyə söykənən vizual-poetik təqdimat formatı ilə seçilir. Təqdim olunan musiqili tamaşada neon işıqlandırma, dinamik səhnə təsvirləri və dəniz atmosferi ilə birlikdə parlaq rəng axınları bir-birini tamamlayaraq səhnədə tamamilə fərqli vizual görüntü yaradıb.

“Regionlarda peşəkar teatr dərsləri” layihəsinin növbəti ustad dərsi Mingəçevirdə keçirilib FOTO

2025-12-02 18:11:00

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) "Regionlarda peşəkar teatr dərsləri" layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib.  24-30 noyabr tarixlərini əhatə edən ustad dərslərinin ünvanı bu dəfə Mingəçevir Dövlət Dram Teatrı olub. Ötən ilin oktyabr ayından həyata keçirilən layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin canlandırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması və təcrübə mübadiləsi məqsədi daşıyır. Ustad dərsləri Əməkdar artist, aktyor Qasım Nağı və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılıb.  Teatrın kollektivinin həvəslə iştirak etdiyi ustad dərsləri zamanı repertuar seçimi, müəllifin qayəsi və aktyor oyunu, səhnə mədəniyyəti və s. məsələlərə toxunulub, bir sıra səhnə hərəkətləri real icra olunub.  Xatırladaq ki, layihə ötən il Qusar Dövlət Ləzgi Dram Teatrında və Lənkəran Dövlət Dram Teatrında, bu il Qax Dövlət Gürcü Dram Teatrında, Qazax Dövlət Dram Teatrında, Qarabağda "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində isə Ağdam və Füzuli Dövlət Dram teatrlarında uğurla həyata keçirilib. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında milli opera incilərindən ibarət möhtəşəm simfonik konsert FOTO

2025-12-02 17:20:00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, teatrın baş dirijoru və Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altında yüksək peşəkarlıqla çıxış edərək tamaşaçılara yaddaqalan musiqi gecəsi bəxş edib.

Circus Sea Breeze Yeni İl mövsümünü möhtəşəm Çin Sirki və bir sıra bayram kampaniyaları ilə açır

2025-12-02 15:11:00

Circus Sea Breeze bu qış mövsümündə tamaşaçılara tamamilə yeni formatda hazırlanmış Çin Sirkinin "Santa və Qızıl Əjdaha" adlı möhtəşəm Yeni İl proqramını təqdim edir. Bu xüsusi şou qədim Çin sirk məktəbinin ənənələrini müasir səhnə texnologiyaları, effektli vizuallar və bayram ab-havası ilə birləşdirir.

400 nəfəri aldadıb külli miqdarda pulunu aldılar

2025-12-02 13:23:00

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) onlayn dələduzluq piramidası olan "Zuerx" platformasına qarşı əməliyyat keçirib.

Üç uşaq anası başqa kişi ilə Bakıya qaçdı Kürdəmirdəki qətlin təfərrüatı

2025-12-02 11:50:00

Kürdəmirdə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Elşən Abdulov barəsində məhkəmə araşdırması yekunlaşıb.

"Söyüş söydü, mən də onu vurdum" Həyat yoldaşının qətlini sifariş edən Əzizənin

2025-12-01 19:46:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə həyat yoldaşının qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət isinin növbəti məhkəmə prosesi keçirilib.

Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açıldı

2025-12-01 18:36:00

Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub.

Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu

2025-12-01 18:15:00

Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalının tərəfdaşı olub. "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" dekabrın 5-11-də İslam Əməkdaşlıq Təşkilatının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. 

Polis Şərurda əməliyyat keçirdi Saxlanılanlar var

2025-12-01 18:12:00

Şərur rayonunda oğurluq hadisəsi baş verib.

Berlin Elm Həftəsində Azərbaycanli kuratorun “Beyond Now” proqrami təqdim olunub FOTO

2025-12-01 17:05:00

2025-ci il Berlin Elm Həftəsi çərçivəsində I-opener e.V.-nin sədr müavini və baş kuratoru, azərbaycanlı kurator Züleyxa İbad incəsənət, elm və ekoloji düşüncəni bir araya gətirən "Beyond Now: How to Think Like a Forest When You've Been Raised by Screens" adlı iki hissəli beynəlxalq proqram təqdim edib.

Əyyub Quliyev drijor təyin olunub

2025-12-01 15:56:00

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə Əyyub Quliyev təyin olunub.

Əhməd Ağdamskinin irsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib FOTO

2025-12-01 15:10:00

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Əhməd Ağdamskinin irsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.

Cəlilabadda kişi qətlə yetirildi həyat yoldaşı saxlanıldı

2025-11-30 18:26:00

Cəlilabadda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

İki kişi küçədə bıçaqlandı

2025-11-30 18:23:00

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Azərbaycanda 35 yaşlı kişi öldürüldü

2025-11-30 16:42:00

Bu gün Cəlilabad rayonunda qətl törədilib.

Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı

2025-11-30 09:50:00

Keçmiş millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.

Filarmoniyada “Bir Millət, İki Dövlət” adlı möhtəşəm konsert proqramı baş tutub. FOTO

2025-11-29 18:00:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Bir Millət, İki Dövlət" adlı möhtəşəm konsert proqramı baş tutub. Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq və mədəni birlik münasibətlərinə həsr olunmuş tədbir hər iki ölkənin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.

Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə ədəbibədii gecə keçirilib FOTO

2025-11-29 15:50:00

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir şair Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Beynəlxalq Muğam Mərkəzi ölkəmizi beynəlxalq festivalda təmsil edir FOTO

2025-11-29 15:30:00

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və BMM-nin solisti, Qarabağ Universitetinin müəllimi, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil edilən Dünya Mədəniyyəti Festivalında Azərbaycanı təmsil edirlər. "Art Council Pakistan"ın təşkilatçılığı ilə dekabrın 7-dək davam edəcək festivalda dünyanın 140 ölkəsindən 1000-dən artıq sənətçi çıxış edəcək. Festival çərçivəsində musiqi, teatr və rəqs tamaşaları, təsviri incəsənət nümayişləri, sənətin müxtəlif sahələrini əhatə edən panel müzakirələri və seminarlar təşkil olunur.

Gəncə Dövlət Filarmoniyasında "DəyərliSƏN" inkluziv konsert proqramı təşkil olundu FOTO

2025-11-29 14:02:00

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə "DəyərliSƏN"  inkluziv konsert proqramı təşkil olundu.

Azərbaycan Milli İncəsənət Muzeyində "Vyana Balı” keçirilib FOTO

2025-11-28 17:20:00

Azərbaycan Milli İncəsənət Muzeyində Avstriya Səfirliyinin təşkilatçılığı ilə "İnklüziv Cəmiyyət üçün Vyana Balı" keçirilib.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı repertuarını yeniləyir və yeni musiqi layihələrini təqdim edir – VİDEO FOTO

2025-11-28 15:29:00

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni mövsümdə repertuar xəttini genişləndirərək müxtəlif janr və üslubları bir araya gətirən layihələr üzərində fəal şəkildə çalışır. Teatrın növbəti təqdimatı Azərbaycan kino musiqisi irsinə həsr olunan xüsusi proqram çərçivəsində hazırlanmışdır.

Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalında canlı multimedialı konsert baş tutacaq

2025-11-28 14:40:00

19 dekabr saat 20:30-da Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalında canlı multimedialı konsert baş tutacaq.

Azərbaycan Milli İncəsənət Muzeyində “Rəsm sehrinin altında Barokkodan bu günə… “ adlı konsert proqramı keçiriləcək

2025-11-28 13:44:00

2 dekabr 2025-ci il tarixində saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin "İnstrumental ifaçılıq" kafedrasının müəllim və tələbələrinin "Rəsm sehrinin altında - Barokkodan bu günə... " adlı konsert proqramı keçiriləcək.

"Bu günə qədər İradənin niyə çılpaq vəziyyətdə olduğu müəyyənləşdirilməyib" Bakıda müəmmalı qətl

2025-11-27 17:55:00

Bu il avqustun 23-də iş adamı Emil Ağacanovun Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi Muradova İradə Oleq qızı xüsusi amansızlıqla qətlə yetirilib. Zərərçəkmiş şəxsin bacısı Rəna Muradova Oleqovna istintaqın obyektiv araşdırılmasını istəyir.

Tanınmış klarnet ifaçısı Əşrəf Əşrəfzadənin 85 illik yubileyinə həsr olunan gecə keçirilib FOTO

2025-11-27 17:49:00

Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Əşrəf Əşrəfzadənin 85 illik yubileyinə həsr olunan gecə keçirilib. 

Amaliya Pənahova Dram Teatrda “Xurşidbanu Natəvan”la yad edildi VİDEO FOTO

2025-11-27 15:50:00

Akademik Milli Dram Teatrında görkəmli sənətkar, Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr edilən "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunub. 

“Günay” teatrstudiyasının "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" adlı tamaşası nümayiş olunacaq

2025-11-27 15:15:00

29 noyabr 2025-ci il tarixində saat 13:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə teatr" layihəsi çərçivəsində Bakı Uşaq və Gənclər Teatrı nəzdində fəaliyyət göstərən "Günay" teatr-studiyasının "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" adlı tamaşası nümayiş olunacaq.

“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu VİDEO FOTO

2025-11-27 10:40:00

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Opera və Balet Teatrının truppası daha bir təqdimatla çıxış edib.

Azərbaycan Milli İncəsənət Muzeyində “Kəlağayı – ənənələr, simvollar və sirlər” adlı tədbir keçirilib FOTO

2025-11-26 21:49:00

Azərbaycan Milli İncəsənət Muzeyində "Kəlağayı - ənənələr, simvollar və sirlər" adlı tədbir keçirilib.