Lahıcda yerləşən tarixi hamamda bərpa işlərinin aparılmasına ehtiyac var
Kriminal 03 Mar 2026 09:53:00 144 0
Sosial şəbəkələrdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən "Hacı Molla Hüseyn hamamı" hamamının deqradasiya və struktur dağılma riski ilə üz-üzə qaldığı barədə xəbərlər yayılıb.
Bu xəbəri də oxu: Əməkdar artistin məzarından yayılan VİDEO müzakirə yaratdı
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə meneceri Rufik İsmayılov Son.az-a bildirib ki, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu 1980-ci ildə yaradılıb. Qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisini əhatə edir.
"Qoruqda dövlət qeydiyyatına alınmış 103 tarixi və mədəniyyət abidəsinin mühafizəsi həyata keçirilir. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Ərazidə Lahıc sakinlərinin yaşayış evləri də yerləşir."
R. İsmayılov qeyd edib ki, Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqlarda abidələrin bərpası davamlı xarakter daşıyır.
"Bu günə qədər bütün qoruqlarda, o cümlədən "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunda bir çox abidələr bərpa olunub. Təkcə Lahıcda 10-a yaxın abidənin layihə-smeta sənədləri hazırlanıb, müvafiq qurumlarla razılaşdırılıb. Lahıcda həyata keçirilən təmir-bərpa, yenidənqurma işləri çərçivəsində ərazidə oturacaqlar, tullantı qabları, gül dibçəkləri, tarixi quruluşlu işıq dirəkləri, küçə və abidə adları olan, eyni zamanda, turistik obyektləri göstərən lövhələr quraşdırılıb. Qəsəbədə küçə döşəmələri, bulaqlar və eyvanların tarixi görünüşü mərhələ-mərhələ bərpa edilir."
R. İsmayılov vurğulayıb ki, qəsəbənin mərkəzi küçəsi hesab olunan Böyük küçə və ya Bazar küçəsi də bərpa işləri nəticəsində tarixi görkəminə qaytarılıb.
İranın Kənd Təsərrüfatı Nazirliyi yumurta, pomidor və xurma ixracını q
Fövqəladə Hallar Nazirliyi Od çərşənbəsi ilə əlaqədar yanğın təhl�
Ötən gecə saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində
Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə v
Azərbaycanın Mərkəzi Bankı (AMB) martın 3-nə olan rəsmi valyuta məzənn
Yaz aylarına yaxın evdə saxlanılan kartoflarda cücərmə və qabığın ya�
Sosial şəbəkələrdəki təkcə mənfi xarakterli deyil, eləcə də "m�
Aparıcı Vüsalə Əlizadə son günlər verilişlərlə bağlı şikayətlər�
Ramazan ayında sağlam və düzgün hesab etdiyimiz bir çox şey əslində sa�
Türkiyəli müğənni İrəm Derici bir müddət əvvəl ayrıldıqlarını ded
Hörmüz boğazı yaxınlığındakı Bəndər-Abbas limanından alınan ən son
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində həyata keçirilən
Hörmüz boğazındakı gərginlik və ABŞ-İsrail koalisiyasının İrana zər
Əməkdar artist Elnur Kərimov həyat yoldaşı və qızı ilə foto paylaşıb
