5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib XİN


Siyasət 07 Mar 2026 17:03:00 101 0

5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib  XİN

Yaxın Şərqdə davam etməkdə olan hərbi eskalasiya nəticəsində Körfəz ölkələrinin hava məkanlarının bağlanmasından dərhal sonra həmin ölkələrdə qalmış Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanılıb.

Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Körfəz ölkələrindəki diplomatik missiyalara verilmiş tapşırıq əsasında təxliyə üçün vətəndaşların siyahıya alınması həyata keçirilib.

İlkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan Respublikası vətəndaşı təxliyə üçün müraciət edib (Birləşmiş Ərəb Əmirlikləri: 490 nəfər, Səudiyyə Ərəbistanı: 220 nəfər, Qətər Dövləti: 200 nəfər, Bəhreyn Krallığı: 23 nəfər, Küveyt Dövləti: 26 nəfər).

Məlumata görə, Azərbaycan Respublikası vətəndaşları üçün əsas turizm istiqamətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və xüsusilə də Dubay şəhərində ölkəmizin Baş konsulluğunun "FlyDubai" aviaşirkəti ilə apardığı danışıqlar nəticəsində Dubay-Bakı istiqamətində uçuşlar BƏƏ hava məkanı məhdud açıldıqdan sonra həyata keçirilməyə başlanmışdır. Qeyd olunan istiqamət üzrə 3-5 mart tarixlərində həyata keçirilmiş uçuşlarla 755 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb. Hal-hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq, yerdə qalan Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.

"Təxliyəyə ehtiyac duyulan ikinci əsas istiqamət olan Səudiyyə Ərəbistanı üzrə 4 mart 2026-cı il tarixində Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı (bundan əlavə, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı) (ümumi 207 nəfər) ölkəmizə təxliyə olunub. Bundan əlavə, Qətər Dövləti, Bəhreyn Sultanlığı və Səudiyyə Ərəbistanında qeydiyyata düşmüş vətəndaşlarımızın diplomatik missiyalarımızın təşkil etdiyi müvafiq avtobuslarla Ciddəyə nəqli həyata keçirilib və AZAL-a məxsus Ciddə-Bakı reysi ilə 7 mart 2026-cı il tarixində təxliyə olunaraq, 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı, 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) ölkəmizə geri qayıdıb. İran İslam Respublikasında olan vətəndaşlarımızın maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib. İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib.

Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təxliyəsi üçün lazimi tədbirlər görülməkdədir", - deyə nazirliyin məlumatında qeyd olunub.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.  

Bayram Beqay Prezident İlham Əliyevə zəng edib like
  • 07 Mar 16:50  
Siyasət Bayram Beqay Prezident İlham Əliyevə zəng edib

Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Res

arrow Ətraflı
Bayramov Fidanla İstanbulda görüşdü like
  • 07 Mar 16:40  
Siyasət Bayramov Fidanla İstanbulda görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Haka

arrow Ətraflı
Xalasının evindən küllü miqdarda pul OĞURLADI like
  • 07 Mar 16:20  
Digərləri Xalasının evindən küllü miqdarda pul OĞURLADI

Xətai rayonunda qohumunun 28 min manatını oğurlamaqda şübhəli bilinən ş

arrow Ətraflı
Bu ölkənin səfiri İrandan Azərbaycana təxliyə edildi like
  • 07 Mar 16:05  
Digərləri Bu ölkənin səfiri İrandan Azərbaycana təxliyə edildi

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsil�

arrow Ətraflı
200dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə olundu like
  • 07 Mar 15:44  
Digərləri 200dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə olundu

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv o

arrow Ətraflı
Rayonlarda pensiyalar bu tarixdə veriləcək  ÖZƏL like
  • 07 Mar 15:04  
Digərləri Rayonlarda pensiyalar bu tarixdə veriləcək ÖZƏL

Bölgələrdə bayramla əlaqədar olaraq mart ayı üzrə pensiyalar vaxtından

arrow Ətraflı
1316 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək like
  • 07 Mar 14:17  
Dünya 1316 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək

İndoneziya hakimiyyəti 16 yaşdan kiçik vətəndaşların sosial şəbəkəl�

arrow Ətraflı
Loğman Məmiyev yüksək vəzifəyə təyin EDİLDİ like
  • 07 Mar 14:05  
Digərləri Loğman Məmiyev yüksək vəzifəyə təyin EDİLDİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub

arrow Ətraflı
Həcc ziyarətinə müraciət vaxtı bitir, yerlər hələ qalıb like
  • 07 Mar 13:52  
Digərləri Həcc ziyarətinə müraciət vaxtı bitir, yerlər hələ qalıb

Həcc ziyarəti üzrə kvota hələ ki, tamamlanmayıb.

arrow Ətraflı
Evinə su çəkdirmək istəyənlərin NƏZƏRİNƏ: Yalnız bu qayda ilə MÜMKÜNDÜR like
  • 07 Mar 13:38  
Digərləri Evinə su çəkdirmək istəyənlərin NƏZƏRİNƏ: Yalnız bu qayda ilə MÜMKÜNDÜR

Göyçay şəhər sakini Röyal Nəsrullayev atasından miras qalan evə su ç�

arrow Ətraflı
Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır like
  • 07 Mar 13:22  
Digərləri Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır

"Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır.

arrow Ətraflı
DTX SEPAHın Azərbaycandakı terror planını ifşa etdi: DETALLAR like
  • 07 Mar 12:53  
Digərləri DTX SEPAHın Azərbaycandakı terror planını ifşa etdi: DETALLAR

Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəti

arrow Ətraflı
İndiyədək 673 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb  RƏSMİ like
  • 07 Mar 12:37  
Digərləri İndiyədək 673 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb RƏSMİ

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi ayrılmış avtobusla

arrow Ətraflı
İran prezidenti ÜZR İSTƏDİ like
  • 07 Mar 12:03  
Digərləri İran prezidenti ÜZR İSTƏDİ

İranın Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək

arrow Ətraflı
63 yaşlı kişidə silah və narkotik aşkarlandı like
  • 07 Mar 11:56  
Digərləri 63 yaşlı kişidə silah və narkotik aşkarlandı

Salyanda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb

arrow Ətraflı