“Təsviri Sənət Kağızda” adlı yaradıcılıq sərgisinə əsərlərin qəbulu elan edilib


Kriminal 11 Dek 2025 19:14:00 74 0

“Təsviri Sənət Kağızda” adlı yaradıcılıq sərgisinə əsərlərin qəbulu elan edilib

Azərbaycanda klassik təsviri sənət ənənələrinin yaşadılması və rəssamların yaradıcılıq baxışının kağız üzərində ifadəsini geniş ictimaiyyətə təqdim etmək məqsədilə "Təsviri Sənət Kağızda" adlı yaradıcılıq sərgisinə müraciətlərin qəbulu başlayıb. Sərgi həm də kağız üzərində işlənmiş əsərlərə marağın artırılmasını hədəfləyir. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu Boya Cəmiyyəti Azərbaycan nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi dəstək verir. Sərgiyə kağız üzərində işlənmiş qrafika, miniatür, sulu boya və eskizlər təqdim oluna bilər. İştirak üçün son müraciət tarixi - 5 mart 2026-cı il. Əsərlər [email protected] elektron ünvanına göndərilə bilər. İştirakçı anketi aşağıdakı məlumatları əhatə etməlidir:     • Əsərin fotosu     • Əsərin adı     • Ölçü və texnika     • Təvəllüd     • Əlaqə məlumatı     • Soyad, ad Tələb olunan ölçü maksimum 35x55 sm-dir. Mövzu sərbəstdir. Yaş həddi - 18 yaşdan yuxarı. Hər iştirakçı ən çox 3 əsər təqdim edə bilər. Seçilmiş 100 əsər sərgilənəcək və sərginin online kataloqu hazırlanacaq. Sərgilənən əsərlər müəlliflərə geri qaytarılacaq. Sərgi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq:     • Ən yaxşı milli ruhlu əsər     • Ən yaxşı klassik əsər     • Ən yaxşı miniatür     • Ən yaxşı eskiz     • Ən yaxşı qrafika     • Ən yaxşı akvarel     • Ən yaxşı ilüstrasiya     • Ən yaxşı müasir əsər Sərgidə əsəri nümayiş olunan iştirakçılara sertifikat təqdim ediləcək. Yaradıcı insanlardan incəsənət təəssübkeşliyi görmək arzusu ilə! İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

İslahatlar başladı: İcra hakimiyyətlərində bu şöbələr like
  • 11 Dek 19:12  
Digərləri İslahatlar başladı: İcra hakimiyyətlərində bu şöbələr

Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqəd

arrow Ətraflı
Bakıda 14 yaşlı qız ana oldu  DİN hərəktə keçdi like
  • 11 Dek 19:08  
Digərləri Bakıda 14 yaşlı qız ana oldu DİN hərəktə keçdi

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

arrow Ətraflı
Ölkədən qaçan gömrük əməkdaşı xalq şairinin oğlu imiş like
  • 11 Dek 19:04  
Digərləri Ölkədən qaçan gömrük əməkdaşı xalq şairinin oğlu imiş

Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanuns

arrow Ətraflı
Bakıda yeniyetmə 16cı mərtəbədən yıxıldı like
  • 11 Dek 18:36  
Digərləri Bakıda yeniyetmə 16cı mərtəbədən yıxıldı

Bakıda yeniyetmə çoxmərtəbəli binadan yıxılıb.

arrow Ətraflı
BƏƏ BMTyə 550 milyon dollar ayırdı like
  • 11 Dek 18:35  
Siyasət BƏƏ BMTyə 550 milyon dollar ayırdı

Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nə

arrow Ətraflı
Ülviyyənin evindən 5000 manatı OĞURLANDI like
  • 11 Dek 18:30  
Şou-biznes Ülviyyənin evindən 5000 manatı OĞURLANDI

Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı açıqlaması ilə s

arrow Ətraflı
Bakıda oğurluq edib qaçan şəxslər tutuldu like
  • 11 Dek 18:20  
Kriminal Bakıda oğurluq edib qaçan şəxslər tutuldu

Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir alə

arrow Ətraflı
WUF13ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib like
  • 11 Dek 18:13  
Siyasət WUF13ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XI

arrow Ətraflı
Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir like
  • 11 Dek 18:10  
Kriminal Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir

2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində

arrow Ətraflı
Yubileyi olan xanəndə: "Elə bilirəm, toztorpaq içində oynayıram" like
  • 11 Dek 17:57  
Kriminal Yubileyi olan xanəndə: "Elə bilirəm, toztorpaq içində oynayıram"

Əməkdar artist Cabir Abdullayev 60 illik yubileyinə hazırlaşır.

arrow Ətraflı
Gələn ilin qeyriiş günləri məlum oldu  AÇIQLAMA like
  • 11 Dek 17:54  
Digərləri Gələn ilin qeyriiş günləri məlum oldu AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı i

arrow Ətraflı
"Tarqovu"da maraqlı evlilik TƏKLİFİ like
  • 11 Dek 17:22  
Digərləri "Tarqovu"da maraqlı evlilik TƏKLİFİ

Bakının məşhur "Tarqovu"sunda qeyri-adi və romantik evlilik tək

arrow Ətraflı
“Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm”  Bakıda maraqlı hadisə like
  • 11 Dek 17:11  
Digərləri “Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm” Bakıda maraqlı hadisə

Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyi

arrow Ətraflı
Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü like
  • 11 Dek 17:06  
Digərləri Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü

İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısın

arrow Ətraflı