“Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm” Bakıda maraqlı hadisə
Digərləri 11 Dek 2025 17:11:00 51 0
Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyini bildirən şəxs qarşı tərəfdən xeyli miqdarda pul alıb və sonda əməliyyat baş tutmayıb.
Bu xəbəri də oxu: SanktPeterburqda bazar yanır
Son.az Teleqraf-a istinadən xəbər verir ki, pulu verən Eldar Əhmədov Nadir Behbudovu (ad-soyadlar şərtidir) dələduzluqda ittiham edib.
Məlum olub ki, 1977-ci il təvəllüdlü Nadir Behbudov tanışı Eldar Əhmədovun (ad-soyad şərtidir) xanımının dializ xəstəsi olduğunu öyrəndikdən sonra öz böyrəyini qadına təmənnasız olaraq verə biləcəyini bildirib.
Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ittihamları qəbul etməyib:
"Könüllü olaraq heç bir təmənna güdmədən donor olmaq üçün razılıq verdim. Sadəcə, Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının mənfi rəyindən sonra əməliyyat baş tutmadı. Böyrəyimi verməyi notariat şəhadətnaməsi ilə də təsdiq etmişdim. Pulları isə şəxsi ehtiyaclarıma xərcləmişəm".
Zərərçəkən kimi tanınan Eldar Əhmədov isə ifadəsində əksini söyləyib:
"Həkimlərin məsləhəti ilə Nadir ona məxsus böyrənin həyat yoldaşıma əməliyyat yolu ilə köçürülməsi üçün Gömrük Hospitalında müayinələr keçirilib və uyğun gəldiyindən razılaşdıq. Bundan sonra Nadir müxtəlif vaxtlarda fərqli səbəblərdən məndən pul istədi. Ona ümumilikdə 17109 manat vermişəm. Nadir müayinədə keçdikdən sonra Səhiyyə Nazriliyində izahat verərək böyrəninin qadına köçürülməsindən imtina etdi. Bundan sonra pulumu istəsəm də, ödəmədi".
İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısın
Ukrayna Silahlı Qüvvələrinin itkiləri 1 milyonu keçib.
Əli Kərimli ilə bağlı baş verən proseslər bütövlükdə müxalifətin r
Rusiya lideri Vladimir Putin Türkmənistana səfəri zamanı türkiyəli hə
İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarı
Permdə universitet laboratoriyasında partlayış baş verib.
Türkiyəli jurnalist Ənvər Aysevər polis tərəfindən saxlanılıb.
İstanbul və Yalova polisi tanınmış müğənni Güllü (əsl adı Gül Tut)
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
Dekabr ayında üç bürcün nümayəndələri həyatlarındakı əsas dönüş
İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsi
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilər
Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərb�
"The Marvelous Mrs. Maisel" və "New Amsterdam" kimi məşhu
Məhkəmə ekspertizası fəaliyyətinin maliyyə dayanıqlılığının təmin
