Bu torpaqlarda yetişir: Təpədəndırnağa antibiotik anbarı çıxdı!
Digərləri 30 Mar 2026 00:13:00 138 0
Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanıza daxil edərək xəstəliklərə əlvida deyə bilərsiniz.
Bu xəbəri də oxu: Yuxuda uşaq paltarı görmək nə deməkdir?
Son.az xəbər verir ki, müasir tibb və qastronomiyanın kəsişməsində duran kəklikotu min illərdir istifadə edilən təbii bir aptekdir. Elm sübut edir ki, kəklikotunun tərkibindəki komponentlər sandığımızdan daha güclü bir qoruma qalxanıdır.
Kəklikotuna o özünəməxsus qoxunu verən və əsas gücünü qatan iki ana komponent var: Timol və Karvakrol.
Bu iki efir yağı laboratoriya sınaqlarında bir çox zərərli bakteriya və göbələk növünə qarşı yüksək müqavimət göstərib. Xüsusilə tənəffüs yolu infeksiyalarında kəklikotunun "təbii antibiotik" adlandırılmasının səbəbi bu maddələrin mikrobların hüceyrə divarını pozaraq onları təsirsiz hala gətirmə qabiliyyətidir.
Antioksidant mövzusunda kəklikotu bir çox meyvə və tərəvəzi geridə qoyur. Tərkibindəki yüksək flavonoid və polifenol səviyyələri:
Hüceyrə stresini azaldır.
Qocalma təsirlərini gecikdirir.
Xroniki xəstəliklərə qarşı bədən müqavimətini artırır.
Kəklikotundan maksimum fayda almaq üçün 3 qızıl qayda: Kəklikotunu qaynatmaq olmaz, çünki bu zaman tərkibindəki şəfalı yağlar buxarlanıb gedir. Ən doğru üsul: suyu qaynadıb ocaqdan götürün, içinə bir çay qaşığı dağ kəklikotunu əlavə edin və ağzı qapalı şəkildə 5-7 dəqiqə dəmləyin. Ağzının qapalı olması timol və karvakrolun suyun içində qalmasını təmin edir.
Əgər xroniki mədə probleminiz yoxdur sa, bir stəkan suya 1-2 damcı təmiz kəklikotu yağı əlavə etmək maddələr mübadiləsini sürətləndirir və həzm sistemini təmizləyir. Diqqət: Kəklikotu yağı çox yandırıcıdır, mütləq durulaşdırılaraq istifadə edilməlidir.
Kəklikotundakı bəzi aktiv maddələr yağda həll olur. Keyfiyyətli zeytun yağının içine bolca kəklikotu əlavə edib qaranlıq yerdə saxlamaq həm dadlı bir sous, həm də şəfalı bir qarışıq yaradır.
Hər güclü vasitə kimi, kəklikotunun da artığı zərərli ola bilər. Xüsusilə:
Hamilələr,
Aşağı qan təzyiqi (hipotenziya) olanlar,
Qansulandıran dərman istifadə edənlər
kəklikotu kürlərinə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Lalə Qüdrətova Son.az
Son.az bu günün qoroskopunu təqdim edir:
Baharın gəlişi ilə birlikdə bağ qulluğunda təkrar emal üsulları ön pl
"Eşref Rüya" serialının üçüncü mövsümünün çəkilməsinə
Yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda münaqişənin nizamlanmas
"Paltarlarım təmiz və ütülü olmaldır. Yeməkdə kaprizli deyiləm. S
Bazarlarda çox vaxt yanından keçdiyimiz, kifayət qədər önəm vermədiyimi
Məlum olduğu kimi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqını
İspaniyada aparılan tarixi bir maqnit rezonans (MR) araşdırması, aramızda
Məşhur rusiyalı müğənni Maşa Rasputina sahib olduğu bahalı avtomobillə
Keniyanın bir bölgəsində yağış mövsümü ilə ortaya çıxan Afrika biç
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Xalq artisti Rasim Balayevin vəfatı il
Təmizlik mütəxəssisləri hamam və mətbəx kranlarında zamanla yaranan da�
Azərbaycan kinosunun əfsanəsi, Xalq artisti Rasim Balayevin vəfatı sənət
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
