"Time" jurnalı "İlin adamı"nı seçib FOTO


Dünya 11 Dek 2025 19:28:00 61 0

"Time" jurnalı "İlin adamı"nı seçib  FOTO

"Time" jurnalı süni intellekt dövrünü formalaşdıran texnologiyaların yaradıcılarını bu il üçün "İlin Adamı" elan edib. Jurnalın baş redaktoru Sam Ceykobs qərarın səbəbini belə izah edib: "İlin Adamı dünyamıza təsir edən şəxslərə diqqəti yönəltməyin ən güclü yollarından biridir. Bu il isə həyatımıza ən böyük təsiri süni intellekti təsəvvür edən, dizayn edən və inşa edən insanlar göstərdi."

Son.az xəbər verir ki, "Time" jurnalının 2025-ci il buraxılışının iki fərqli üz qabığında Nvidianın prezidenti və CEO-su Censen Huand, xAI qurucusu Elon Mask, Anthropic CEO-su Dario Amodei, AMD CEO-su Liza Su, Meta CEO-su Mark Zukerberq, DeepMind CEO-su Demis Hassabis, Stenford Universitetinin İnsan-Mərkəzli Süni İntellekt İnstitutunun həmsədri və World Labs-ın CEO-su Fey-Fei Li, həmçinin OpenAI CEO-su Sam Altman təsvir olunur.

Ceykobs memarları "insanlığı həm heyrətləndirən, həm narahat edən", hazırkı dünyanı dəyişdirib "mümkün olanın sərhədlərini aşan" şəxslər kimi xarakterizə edib.

Jurnalın xüsusi buraxılışında süni intellektin il ərzində dünyada necə dəyişiklik yaratdığı, həm yeni imkanlar, həm də bəzən qorxulu nəticələr doğurduğu araşdırılır. Nəşrdə Nvidia şirkətinin rəhbəri Censen Huand və SoftBank-ın CEO-su Masaşioşi Son ilə müsahibələr yer alır.

Materialda süni intellektin qaranlıq tərəflərinə də toxunulur. Xüsusən, 16 yaşlı Kaliforniyalı yeniyetmənin intiharından sonra ailəsinin OpenAI şirkətinə qarşı qaldırdığı iddia - onların sözlərinə görə, oğlanın ChatGPT ilə apardığı söhbətlər faciəyə səbəb olub.

"Time" süni intellekt şirkətləri ilə tərəfdaşlıq edən media qurumlarından biridir. Jurnal 2024-cü ilin iyununda OpenAI ilə çoxillik məzmun lisenziyası müqaviləsi imzalayıb. Bu razılaşmaya əsasən, ChatGPT istifadəçilərin suallarına cavab verərkən "Time" arxiv materiallarından istifadə edir və mənbəyə yönləndirən keçidlər təqdim edir.

"Time" 2024-cü ildə seçilmiş ABŞ prezidenti Donald Trampı da "İlin Adamı" elan etmişdi. Bundan əvvəl qaliblər arasında pop ulduzu Teylor Svift, Ukrayna Prezidenti Vladimir Zelenski və Tesla-nın CEO-su Elon Mask kimi adlar da yer alıb. Lalə Qüdrətova Son.az

Əli Abbasov deputat mandatından məhrum edildi like
  • 11 Dek 19:25  
Digərləri Əli Abbasov deputat mandatından məhrum edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəs

arrow Ətraflı
“Təsviri Sənət Kağızda” adlı yaradıcılıq sərgisinə əsərlərin qəbulu elan edilib like
  • 11 Dek 19:14  
Kriminal “Təsviri Sənət Kağızda” adlı yaradıcılıq sərgisinə əsərlərin qəbulu elan edilib

Azərbaycanda klassik təsviri sənət ənənələrinin yaşadılması və rəss

arrow Ətraflı
İslahatlar başladı: İcra hakimiyyətlərində bu şöbələr like
  • 11 Dek 19:12  
Digərləri İslahatlar başladı: İcra hakimiyyətlərində bu şöbələr

Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqəd

arrow Ətraflı
Bakıda 14 yaşlı qız ana oldu  DİN hərəktə keçdi like
  • 11 Dek 19:08  
Digərləri Bakıda 14 yaşlı qız ana oldu DİN hərəktə keçdi

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

arrow Ətraflı
Ölkədən qaçan gömrük əməkdaşı xalq şairinin oğlu imiş like
  • 11 Dek 19:04  
Digərləri Ölkədən qaçan gömrük əməkdaşı xalq şairinin oğlu imiş

Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanuns

arrow Ətraflı
Bakıda yeniyetmə 16cı mərtəbədən yıxıldı like
  • 11 Dek 18:36  
Digərləri Bakıda yeniyetmə 16cı mərtəbədən yıxıldı

Bakıda yeniyetmə çoxmərtəbəli binadan yıxılıb.

arrow Ətraflı
BƏƏ BMTyə 550 milyon dollar ayırdı like
  • 11 Dek 18:35  
Siyasət BƏƏ BMTyə 550 milyon dollar ayırdı

Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nə

arrow Ətraflı
Ülviyyənin evindən 5000 manatı OĞURLANDI like
  • 11 Dek 18:30  
Şou-biznes Ülviyyənin evindən 5000 manatı OĞURLANDI

Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı açıqlaması ilə s

arrow Ətraflı
Bakıda oğurluq edib qaçan şəxslər tutuldu like
  • 11 Dek 18:20  
Kriminal Bakıda oğurluq edib qaçan şəxslər tutuldu

Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir alə

arrow Ətraflı
WUF13ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib like
  • 11 Dek 18:13  
Siyasət WUF13ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XI

arrow Ətraflı
Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir like
  • 11 Dek 18:10  
Kriminal Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir

2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində

arrow Ətraflı
Yubileyi olan xanəndə: "Elə bilirəm, toztorpaq içində oynayıram" like
  • 11 Dek 17:57  
Kriminal Yubileyi olan xanəndə: "Elə bilirəm, toztorpaq içində oynayıram"

Əməkdar artist Cabir Abdullayev 60 illik yubileyinə hazırlaşır.

arrow Ətraflı
Gələn ilin qeyriiş günləri məlum oldu  AÇIQLAMA like
  • 11 Dek 17:54  
Digərləri Gələn ilin qeyriiş günləri məlum oldu AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı i

arrow Ətraflı
"Tarqovu"da maraqlı evlilik TƏKLİFİ like
  • 11 Dek 17:22  
Digərləri "Tarqovu"da maraqlı evlilik TƏKLİFİ

Bakının məşhur "Tarqovu"sunda qeyri-adi və romantik evlilik tək

arrow Ətraflı