Azərbaycan Milli Konservatoriyasında "Zaman onu seçdi" adlı tədbir keçirilib FOTO
Kriminal 11 Dek 2025 20:41:00 66 0
Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zaman onu seçdi" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Milli Konservatoriyası və "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Bu xəbəri də oxu: Fətəli Xan Xoyskinin 150 illiyinə həsr olunmuş konsert keçirildi FOTO
Tədbiri giriş sözü ilə açan Əməkdar artist, "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri Ramil Qasımov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin banisi kimi mədəniyyət və incəsənət adamlarına göstərdiyi xüsusi qayğıdan, milli musiqimizin inkişafına verdiyi misilsiz töhfələrdən danışıb.
Daha sonra iştirakçılara Heydər Əliyevin "Küçələrə su səpmişəm" adlı xalq mahnısını ifa etdiyi nadir arxiv görüntüsü təqdim olunub.
Konsert proqramında Xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, Elçin Həşimov (tar), Əməkdar artistlər Ramil Qasımov, Emil Əfrasiyab, Elnur Əhmədov (kamança), Əməkdar müəllim Naibə Şahməmmədova, solist Fatimə Cəfərzadə, nağarada Səbuhi İsmayılovun ifasında "Küçələrə su səpmişəm", "Elegiya", "Şükriyyə", "Sənə də qalmaz", "Azərbaycan" əsərləri səsləndirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin mədəniyyətə verdiyi tarixi dəyərin bugün də sənət ictimaiyyəti üçün yol göstərən örnək olduğunu vurğulayıblar.
Ustalar tez-tez söndürülüb-yandırılmasının əlavə yanacağa səbəb old
Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin a�
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisad Birliyinin Hökumə
Ermənistan bütün hüquq və öhdəliklərini saxlayaraq KTMT-nin tamhüquqlu
"Time" jurnalı süni intellekt dövrünü formalaşdıran texnologiya
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəs
Azərbaycanda klassik təsviri sənət ənənələrinin yaşadılması və rəss
Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqəd
Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanuns
Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nə
Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı açıqlaması ilə s
Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir alə
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XI
