Azərbaycanda bu evlər


Digərləri 27 May 2023 22:22:00 165 0

Azərbaycanda bu evlər

Yay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə olunur. Çünki bu aylarda bağ evlərinə kütləvi tələbat yaranır ki, bu da qiymət artımına gətirib çıxarır. Qiymətin kəskin şəkildə artması isə bəzən ciddi narazılıqlara səbəb olur.

Milli.az xəbər verir ki, rayonlarda bağ evlərinin kirayə qiymətləri də qalxıb. Səbəb isə qış aylarından fərqli olaraq, bu yerlərə turist axının güclənməsidir. Buna görə də bəzi turistik zonalarda kirayə ev qiymətlərində iki dəfəyə yaxın artım müşahidə edilir.

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Bizim.Media" ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, qiymət artımı hər il bu vaxtlarda başlayır və yayın sonuna qədər davam edir. Buna görə də insanlar daha çox ev kirayə götürməyi optimal yol hesab edirlər:

"Mövsümi olaraq bağ evlərinin həm satış qiymətləri, həm də kirayə qiymətlərində müəyyən dəyişikliklər baş verir. Yay mövsümündə tətilə çıxan ailələr, məktəblilər istirahət üçün xüsusilə bağ evləri ilə maraqlanırlar. Bu da həmin evlərin qiymətində müəyyən dəyişikliklərə səbəb olur. Yəni qiymətlər tələbat olduğu üçün artır.

Artıq neçə ildir ki, insanlar bağ evlərinə külli miqdarda pul sərf edib almaqdansa, kirayə götürməyi üstün tuturlar. Çünki bir neçə ay üçün insanlar artıq xərc çəkməkdənsə, müvəqqəti kirayə tutmağı əlverişli hesab edirlər. Belə olan halda bağ evlərinin qiymətləri yalnız yay ayları yekunlaşdıqdan sonra əvvəlki vəziyyətinə qayıdır".

Ekspert bildirir ki, qiymətlərin qalxması təkcə mövsümi xarakter daşımır, həm də bir çox siyasi və iqtisadi faktorların da buna təsiri var:

"Qiymət artımı təkcə mövsümi xarakter daşımır, həm də manatın alıcılıq dəyəri, ölkədəki iqtisadi vəziyyət buna təsir edir. Bu baxımdan, hesab edirəm ki, bu yay da qiymətlərin ötən illə müqayisədə 10-15 faiz artması gözlənilir. Bu tip evlər yerləşməsindən və komfort səviyyəsindən asılı olaraq aylıq kirayə qiyməti 1 000-3 500 manat arasında dəyişə bilir. Bəzi evlərdə istirahət üçün əlavə tikililər olduğuna görə onlar daha yuxarı qiymətə təklif edilir. Həmçinin bu proses xaricdə baş verən hadisələrlə də bağlı dəyişır.

Belə ki, qardaş ölkə Türkiyədə zəlzələnin baş verməsi və hələ də təkanların olması ehtimalının qalması insanların bağ evlərinə daha çox müraciət etməsinə səbəb olur. Hazırda bazarda qiymətlər ötən illə müqayisədə 7-8 faiz artıb".

Vüqar Oruc rayonlardakı kirayə mənzillərin qiymətlərinin artmasından da söz açıb:

"Rayonlara gəlincə isə daha çox müvəqqəti kotteclər, villalar və kiçik fərdi yaşayış evləri hazırda gündəmdədir. Onların təhlilini apardıqda isə görürük ki, hər il qiymətlər yüksəlir. Əvvəllər bu qiymətlər gündəlik 30-40 manat arası dəyişirdisə, hazırda yerindən asılı olaraq 60-150 manat arası və daha yüksək ola bilir.

Bu, həmçinin, xarici investisiyaların, turistlərin ölkəmizə gəlişi ilə də bağlıdır. İşğal altında olan torpaqlarımızın azad edilməsindən sonra xarici investorların, kapital sərmayəçilərinin bölgəyə diqqəti artıb. Bu da ölkəmizin iqtisadi cəhətdən inkişafına səbəb olmaqla yanaşı, bir sıra sahələrdə qiymətlərin həddən artıq bahalaşmasına da gətirib çıxarır".

İlham Əliyev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub  FOTO like
  • 27 May 22:14  
Siyasət İlham Əliyev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ş

arrow Ətraflı
Bakıda “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlandı  FOTO like
  • 27 May 22:10  
Digərləri Bakıda “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlandı FOTO

Suraxanı DYPŞ-nın əməkdaşları "Pirus" markalı avtomobildə nar

arrow Ətraflı
İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib  FOTO like
  • 27 May 22:02  
Siyasət İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib FOTO

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın ra

arrow Ətraflı
Ulduzlar həftə sonu üçün nə vəd edir? like
  • 27 May 22:00  
Digərləri Ulduzlar həftə sonu üçün nə vəd edir?

İnsan övladına hər yeni gün yeni başlanğıclara imza atmaq üçün şans

arrow Ətraflı
Sərhəddə iki İran hərbçisi öldürüldü like
  • 27 May 21:48  
Dünya Sərhəddə iki İran hərbçisi öldürüldü

Bu gün İranla Əfqanıstan sərhədində baş verən silahlı qarşıdurma z

arrow Ətraflı
KİV: Ukraynalı hərbçilər "M1 Abrams" tanklarında təlimlərə başlayıb like
  • 27 May 21:39  
Dünya KİV: Ukraynalı hərbçilər "M1 Abrams" tanklarında təlimlərə başlayıb

Ukraynalı hərbçilər Amerikanın "M1 Abrams" tanklarında təlimlə

arrow Ətraflı
Azərbaycanlı xanım ifaçı Türkiyədə narkotikə görə saxlanıldı like
  • 27 May 21:30  
Şou-biznes Azərbaycanlı xanım ifaçı Türkiyədə narkotikə görə saxlanıldı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Asya Əlizadə (Alizad

arrow Ətraflı
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib  FOTO like
  • 27 May 21:25  
Siyasət İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesabların

arrow Ətraflı
Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara like
  • 27 May 20:53  
Digərləri Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara

Azyaşlılara işgəncə verməkdə təqsirləndirilən Tacikistandan olan missi

arrow Ətraflı
Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini like
  • 27 May 20:42  
Digərləri Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini

Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəbl

arrow Ətraflı
Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub  FOTO like
  • 27 May 20:33  
Siyasət Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə

arrow Ətraflı
İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib  FOTO like
  • 27 May 20:26  
Siyasət İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə

arrow Ətraflı
Havadan elektrik enerjisi istehsal edən generator yaradıldı like
  • 27 May 20:18  
Digərləri Havadan elektrik enerjisi istehsal edən generator yaradıldı

Alimlər havadan elektrik enerjisi istehsal edən generator yaradıblar.

arrow Ətraflı
Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri like
  • 27 May 20:09  
Şou-biznes Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri

Xalq artisti Vaqif Mustafayevin maraqla gözlənilən "Həyat deyəsən gö

arrow Ətraflı