Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlanıb
Digərləri 07 Fev 2024 07:30:00 3263 0
Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlanıb.
Son.az report.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Qarabağ Universitetinin Nizamnaməsi"ndə əksini tapıb.
Universitet aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, "Təhsil haqqında", "Elm haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq idarə edilir.
Nizamnaməyə əsasən, Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə ilə müəyyən olunur.
Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır.
Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Nazirliyin təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
Universitetdə tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
Universitetin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.
Rektor Universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, Universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.
Universitetin 5 (beş) prorektoru var. Universitetin prorektorlarının sayı Nazirliklə razılaşdırılmaqla dəyişdirilə bilər. Prorektorlar Universitetin rektorunun təqdimatı əsasında Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Nazirliyin müəyyən etdiyi prorektor həyata keçirir.
Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Astroloqlar fevral ayında sağlamlıqlarına daha çox diqqət yetirməli olan
Avstraliya və ABŞ okeanoloqları qədim dəniz süngərlərinin tədqiqi nəti
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Birləşmiş Ştatlar
Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici �
Bakıda bir əsrdən çox yaşı olan və qəzalı vəziyyətə düşmüş bin
İsrailin kəşfiyyat xidməti "Mossad" Qətərin vasitəçiliyi ilə
Ukrayna Prezidenti Volodimir Zelenski da Atom Enerjisi üzrə Beynəlxalq Agentl
Uzun illər sonra efirə çıxan müğənni Mənsumə Əliyeva od püskürüb.
Bu il Çində bu smartfonlara tələbatın azalması nəticəsində "iPhone
Amerikalı aktrisa və model Meqan Foks açıq-saçıq geyimdə fotolar paylaş
Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən
Naxçıvanda XV əsrə aid olan abidə Xanəgah sakinləri tərəfindən "
Çilinin keçmiş prezidenti Sebastyan Pinyera ölkənin cənubunda helikopter q
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlət Birliyi