Qəzada ölən gənc Tunar Məmmədov imiş


Digərləri 07 Fev 2024 01:04:00 1344 0

Qəzada ölən gənc Tunar Məmmədov imiş

Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən müharibəsi iştirakçısı, Suqovuşanı azad etmiş keçmiş hərbi qulluqçulardan biri olduğu aydınlaşıb.

Son.az report.az-a istinadən xəbər verir ki, Tunar Habil oğlu Məmmədov fevral ayının 4-də avtomobil qəzasında həlak olub.

Həmin gün axşam onun idarə etdiyi "VAZ-21014" markalı minik avtomobili Yevlax rayonun Salahlı kəndi ərazisində avtomobil yolundan çıxaraq su kanalına düşüb. Vətən müharibəsi iştirakçısının meyiti bir gün sonra tapılaraq ailəsinə təhvil verilib.

T.Məmmədov Yevlax rayonunun Varvara kənd qəbiristanlığında torpağa tapşırılıb.

T.Məmmədovun üç mərasimi fevralın 7-də Varvara kəndində veriləcək.

Xatırladaraq ki, Tunar Habil oğlu Məmmədov 1995-ci ilin avqust ayının 17-də Yevlax rayonunun Varvara kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirib. Həqiqi hərbi xidmət keçəndən sonra ordu sıralarında qalıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edib. Vətən müharibəsinə qatılıb.

O, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərib. Bu səbəbdən Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, Tunar Məmmədovun əmisi Azər Xuduş oğlu Məmmədov da hərbçi olub.

1970-ci il sentyabr ayında Yevlaxın Varvara kəndində doğulan A.Məmmədov 1995-ci ilin avqust ayının 4-də Ağdərədə şəhid olub.

Tunar Məmmədovun bibisi oğlu Ədil Ədilzadə də şəhiddir. 1995-ci ilin may ayında Varvara kəndində anadan olan Ədil Rövşən oğlu Ədilzadə Azərbaycan Ordusunun baş leytenantı idi. 2020-ci ilin 44-günlük Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabrında Ermənistanla sərhəddə antiterror əməliyyatlarında iştirak edən Ədil Ədilzadə 2023-cü ilin sentyabr ayının 19-da Xocavənd rayonu istiqamətində gedən lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub. Prezident İlham Əliyevin 2023-cü ilin noyabr ayının 17-də imzaladığı sərəncamlara əsasən, Ə.Ədilzadə ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi şücaət və mərdliyə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Naxçıvanda nə üçün inşa edildiyi dəqiq bilinməyən sirli tikili  VİDEO like
  • 07 Fev 01:01  
Digərləri Naxçıvanda nə üçün inşa edildiyi dəqiq bilinməyən sirli tikili VİDEO

Naxçıvanda XV əsrə aid olan abidə Xanəgah sakinləri tərəfindən "

arrow Ətraflı
Çilinin sabiq prezidenti helikopter qəzasında həlak oldu like
  • 07 Fev 00:58  
Dünya Çilinin sabiq prezidenti helikopter qəzasında həlak oldu

Çilinin keçmiş prezidenti Sebastyan Pinyera ölkənin cənubunda helikopter q

arrow Ətraflı
Məşhur aktyor xəstəxanaya yerləşdirildi like
  • 07 Fev 00:26  
Şou-biznes Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Rusiyalı aktyor Mixail Boyarski planlı şəkildə müalicə üçün Sankt-Pete

arrow Ətraflı
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür like
  • 07 Fev 00:15  
Digərləri Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

arrow Ətraflı
Bu gün Azərbaycanda Prezident seçkiləri günüdür like
  • 07 Fev 00:01  
Siyasət Bu gün Azərbaycanda Prezident seçkiləri günüdür

Bu gün - fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri k

arrow Ətraflı
Avtomobil qoşqulu texnika ilə toqquşdu: yaralılar var like
  • 06 Fev 23:52  
Digərləri Avtomobil qoşqulu texnika ilə toqquşdu: yaralılar var

Qubada minik avtomobilinin qoşqulu texnika ilə toqquşması nəticəsində iki

arrow Ətraflı
"Baykar" Ukraynada zavodun tikintisinə başladı like
  • 06 Fev 23:42  
Dünya "Baykar" Ukraynada zavodun tikintisinə başladı

Türkiyənin "Baykar" şirkəti Ukraynada dron istehsal edən zavodun

arrow Ətraflı
Elşən Abduləzimov vəfat etdi  RƏSMİ  FOTO like
  • 06 Fev 23:39  
Digərləri Elşən Abduləzimov vəfat etdi RƏSMİ FOTO

Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib.

arrow Ətraflı
Ukraynada yeni qoşun növü yaradıldı like
  • 06 Fev 23:36  
Dünya Ukraynada yeni qoşun növü yaradıldı

Ukrayna Prezidenti Vladimir Zelenski yeni qoşun növünün - Pilotsuz Sistem Q�

arrow Ətraflı
Çörək alanda diqqətli olun – Evdə bişirəndə etdiyimiz like
  • 06 Fev 23:30  
Digərləri Çörək alanda diqqətli olun – Evdə bişirəndə etdiyimiz

Çörək gündəlik qida rasionumuzda əsas olan qida məhsuludur. Buna görə d

arrow Ətraflı
Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı like
  • 06 Fev 23:23  
Dünya Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında azı 131 n

arrow Ətraflı
Nardaran sahillərində qorxulu mənzərə like
  • 06 Fev 23:18  
Digərləri Nardaran sahillərində qorxulu mənzərə

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində güclü külək avtomobillə

arrow Ətraflı
KVNin yeganə sahibi O OLDU like
  • 06 Fev 23:17  
Şou-biznes KVNin yeganə sahibi O OLDU

Kiçik Aleksandr Maslyakov "AMİK Televiziya Yaradıcılıq Birliyi" �

arrow Ətraflı
Bu iki meyvə təzyiqi tez salır like
  • 06 Fev 23:10  
Digərləri Bu iki meyvə təzyiqi tez salır

Arterial təzyiqi tez və effektiv salan 2 ərzaq var.

arrow Ətraflı