İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib FOTO


Siyasət 27 May 2023 20:26:00 165 0

İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Sonra Azərbaycan Prezidenti hərbi hospitalda yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 3,6 hektar ərazidə salınan Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunan hərbi hospitalda poliklinika, terapiya, cərrahiyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib.

Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otoronolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur.

Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür.

Kəlbəcər hərbi hospitalı, həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub.

Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər var. Hərbi hospitalın ətrafındakı ərazidə yaşıllaşdırma və abadlıq işləri də görülüb.

Havadan elektrik enerjisi istehsal edən generator yaradıldı like
  • 27 May 20:18  
Digərləri Havadan elektrik enerjisi istehsal edən generator yaradıldı

Alimlər havadan elektrik enerjisi istehsal edən generator yaradıblar.

arrow Ətraflı
Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri like
  • 27 May 20:09  
Şou-biznes Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri

Xalq artisti Vaqif Mustafayevin maraqla gözlənilən "Həyat deyəsən gö

arrow Ətraflı
Bulvarda batan gənc belə xilas edildi like
  • 27 May 19:30  
Digərləri Bulvarda batan gənc belə xilas edildi

Bulvarda dənizə düşən şəxs xilas edilib.

arrow Ətraflı
Azərbaycan yeniyeni nailiyyətlər qazanacaq like
  • 27 May 18:59  
Siyasət Azərbaycan yeniyeni nailiyyətlər qazanacaq

Prezident İlham Əliyevin liderliyində Azərbaycan milli maraqlarına uyğun o

arrow Ətraflı
“Harri Porter” filminin oyunçuları 10 il saçlarını niyə qırxmayıblar? like
  • 27 May 18:51  
Şou-biznes “Harri Porter” filminin oyunçuları 10 il saçlarını niyə qırxmayıblar?

Sehrbaz Harri Porterdən bəhs edən filmlər barədə yəqin ki, eşitməyən

arrow Ətraflı
Sağlamlığı təhlükə altına atan moda like
  • 27 May 18:40  
Digərləri Sağlamlığı təhlükə altına atan moda

Bir çox məşhur geyim və ya aksesuar düşündüyümüz qədər zərərsiz de

arrow Ətraflı
İlham Əliyev Laçın rayonuna səfər edib  FOTO like
  • 27 May 18:33  
Siyasət İlham Əliyev Laçın rayonuna səfər edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ra

arrow Ətraflı
Dünyanın ən məşhur geyim və ayaqqabıları açıqlandı like
  • 27 May 18:20  
Digərləri Dünyanın ən məşhur geyim və ayaqqabıları açıqlandı

"Uniqlo fanny" çantaları 2023-cü ilin ən məşhur qarderob əşyal

arrow Ətraflı
İrəvan niyə Zəngəzura diversant göndərdi? like
  • 27 May 18:11  
Digərləri İrəvan niyə Zəngəzura diversant göndərdi?

Ermənistan dövlət sərhədinin Zəngilan istiqamətinə təxribat-diversiya q

arrow Ətraflı
Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir like
  • 27 May 18:06  
Siyasət Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşi

arrow Ətraflı
Gəncədə şok: Dostu ilə sevgilisinin evinə getdi, onun 27 yaşlı qızı... like
  • 27 May 18:00  
Kriminal Gəncədə şok: Dostu ilə sevgilisinin evinə getdi, onun 27 yaşlı qızı...

Gəncə şəhərində 1996-cı il təvəllüdlü Səmayə anasının sevgilisi V

arrow Ətraflı
Tərtərdə sursat partlayıb, bir nəfər yaralanıb like
  • 27 May 17:53  
Digərləri Tərtərdə sursat partlayıb, bir nəfər yaralanıb

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaş

arrow Ətraflı