Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri
Şou-biznes 27 May 2023 20:09:00 141 0
Xalq artisti Vaqif Mustafayevin maraqla gözlənilən "Həyat deyəsən gözəldir" (Fəryad 2) filminin Bakı premyerası baş tutub.
Son.az olay-a istinadən xəbər verir ki, ekran işi YARAT incəsənət mərkəzində təqdim edilib. Filmdə "SOY" prodakşının mərhum rəhbəri Oqtay Əliyevin səhnələri xüsusilə diqqət çəkib.
Belə ki, erməni obrazını oynayan O. Əliyev həm də filmdə düşmənlərimizin dilində danışıb. Uşaqlıq illəri İrəvanda keçən Əməkdar mədəniyyət işçisi ekran işi üçün öz ailə üzvlərini də layihəyə cəlb edib.
Bununla bağlı V. Mustafayev də çıxışı zamanı danışıb. O əvvəlcə zalda əyləşən mərhum prodüserin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyevanı salamlayıb:
"Görkəmli aktrisamız Dilarə xanımın qarşısında baş əyirəm. Oqtay Əliyev çox istedadlı şəxsiyyət idi. Filmə erməni dilində çəkildi. Öz xanımını, valideynləri, görkəmli aktyor və aktrisamız Elmira xanımı, Vidadi müəllimi, Dilarə Əliyevanın qardaşını, öz qardaşını gətirdi. Onlar filmin səsləndirilməsində mühüm rol oynayıb. Allah Oqtaya rəhmət etsin. Biz onu heç vaxt unutmayacağıq. Allah sizin canınızı sağ etsin, Dilarə xanım, gələn filmdə sizi mütləq çəkəcəyəm".
Xatırladaq ki, ekran işi ilk dəfə ötən il Korkut Ata Film Festivalında nümayiş etdirilib.
Cəlilabadda qətl hadisəsi olub.
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu
Prezident İlham Əliyevin liderliyində Azərbaycan milli maraqlarına uyğun o
Sehrbaz Harri Porterdən bəhs edən filmlər barədə yəqin ki, eşitməyən
Bir çox məşhur geyim və ya aksesuar düşündüyümüz qədər zərərsiz de
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ra
"Uniqlo fanny" çantaları 2023-cü ilin ən məşhur qarderob əşyal
Ermənistan dövlət sərhədinin Zəngilan istiqamətinə təxribat-diversiya q
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşi
Gəncə şəhərində 1996-cı il təvəllüdlü Səmayə anasının sevgilisi V
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaş
Ukrayna Silahlı Qüvvələri quru əməliyyatı aparmadan Krımı işğaldan az
Arıqlamaq istəyən bir çox insanın istifadə etdiyi üsullardan biri də bit