Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir


Siyasət 27 May 2023 18:06:00 119 0

Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Prezident İlham Əliyev məktub göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

Hörmətli İlham Heydər oğlu!

Qaraçay-Çərkəz Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azərbaycanın bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan əcdadların ənənələrinin müasir həyatda heyrətamiz şəkildə birləşdiyi ölkədir, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Şübhəsiz ki, bu, təkcə ölkənin çoxşaxəli iqtisadiyyatı və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də onun investorları və turistləri cəlb edən özünəməxsusluğu, insanlarının əməksevərliyi və qonaqpərvərliyi ilə bağlıdır.

Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı bundan sonra da respublikalarımızın sosial-iqtisadi inkişafına şərait yaradacaqdır.

Sizə və Azərbaycanın bütün vətəndaşlarına səmimi-qəlbdən səadət, uğurlar, əmin-amanlıq və firavanlıq diləyirəm.

xxx

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyev Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, Sizi və bütün qardaş Azərbaycan xalqını respublikanızın suverenliyini, qüdrətini, parlaq tarixini, azərbaycanlılara xas olan həmrəyliyi və birliyi təcəssüm etdirən Müstəqillik Günü münasibətilə təbrik edim.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ən irimiqyaslı layihələri həyata keçirərək, vətəndaşların rifahını yüksəldərək, regionda və dünyada nüfuzunu və təsirini daim artıraraq beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir.

Əminəm ki, Sizin müdrik siyasi kursunuz sayəsində ölkələrimiz arasında çoxdan mövcud olan möhkəm qarşılıqlı etimad və dostluq ənənələrinə, strateji tərəfdaşlığa, humanitar və iqtisadi əməkdaşlığa əsaslanan mehriban qonşuluq münasibətləri Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün istiqamətlərdə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar bayram günündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan Respublikası naminə yeni-yeni nailiyyətlər və qələbələr üçün tükənməz enerji, hər bir Azərbaycan ailəsinə daimi firavanlıq və tərəqqi, sülh və səadət arzulayıram.

xxx

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

Möhtərəm İlham Heydər oğlu!

Əlamətdar tarix - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!

Azərbaycan dövlət quruculuğu sahəsində, geniş iqtisadi və sosial islahatların aparılmasında nəzərəçarpan uğurlar nümayiş etdirir. Azərbaycan zəngin ehtiyatlara və intellektual potensiala malik olan, dinamik inkişaf edən, milli ənənələrinin orijinallığını qoruyub saxlayan, bütün dünyada tanınan istedadlı mədəniyyət və incəsənət xadimlərinin bütöv bir nəslini yetişdirən ölkədir.

Siz dahi atanızın - ölkənizin Ümummilli Lideri Heydər Əliyevin kursunu layiqincə davam etdirirsiniz. Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əlaqələrin gələcək inkişafı Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verərək, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəkdir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və Azərbaycanın daha da inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıram.

xxx

Rusiyanın "SAFMAR Qrupu" Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın müstəqillik tarixi 105 il əvvəl İstiqlal Bəyannaməsinin imzalanması ilə başlayıb. Gənc respublika müasir demokratik təsisatların inkişafının örnəyi olub, səmərəli dövlət idarəçiliyinə səy göstərib, şəffaflıq və milli maraqlara ciddi şəkildə əməl olunması prinsipləri əsasında qarşılıqlı faydalı diplomatik münasibətlər qurub.

Bir əsr əvvəl əsası qoyulmuş ənənələr müasir Azərbaycanın həyatında da özünün müsbət əksini tapır. Milli qürur, vətənpərvərlik və vətəndaşların ölkə Prezidentinin siyasi xəttinə qəti inamı Azərbaycan xalqına iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanmağa, beynəlxalq arenada dövlətin nüfuzunu möhkəmləndirməyə imkan verib.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizin reallaşmasını diləyirəm.

xxx

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

Hörmətli İlham Heydər oğlu!

Sizi milli bayramınız - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizin rəhbərliyinizlə ölkəniz sosial, iqtisadiyyat, təhsil sahələrində böyük uğurlar əldə edib.

Azərbaycanın elm, o cümlədən tibb sahəsində nailiyyətləri böyükdür. Rusiya Səhiyyə Nazirliyinin Seçenov adına Universiteti ilə Azərbaycanı çoxdankı tərəfdaşlıq münasibətləri birləşdirir. Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında respublikanız üçün dünya standartlarına uyğun mütəxəssislər hazırlanır.

Əminəm ki, Rusiya və Azərbaycan xalqlarının gələcəyi naminə təhsil və elm kimi mühüm sahələrdə əməkdaşlığımız daha sürətlə inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına səmimi-qəlbdən aydın səma, tərəqqi və sabahkı günə əminlik diləyirəm.

xxx

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

Zati-aliləri!

28 May - Müstəqillik Günü münasibətilə Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, Myanma ilə Azərbaycan arasında mövcud dostluq münasibətləri ölkələrimiz və xalqlarımız üçün səmərəli olacaqdır.

Sizə möhkəm cansağlığı və şəxsi rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Son.az 

Gəncədə şok: Dostu ilə sevgilisinin evinə getdi, onun 27 yaşlı qızı... like
  • 27 May 18:00  
Kriminal Gəncədə şok: Dostu ilə sevgilisinin evinə getdi, onun 27 yaşlı qızı...

Gəncə şəhərində 1996-cı il təvəllüdlü Səmayə anasının sevgilisi V

arrow Ətraflı
Tərtərdə sursat partlayıb, bir nəfər yaralanıb like
  • 27 May 17:53  
Digərləri Tərtərdə sursat partlayıb, bir nəfər yaralanıb

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaş

arrow Ətraflı
Krıma F16larla hücum etmək... like
  • 27 May 17:51  
Dünya Krıma F16larla hücum etmək...

Ukrayna Silahlı Qüvvələri quru əməliyyatı aparmadan Krımı işğaldan az

arrow Ətraflı
3 gündə 5 kiloqram arıqlayın like
  • 27 May 17:40  
Digərləri 3 gündə 5 kiloqram arıqlayın

Arıqlamaq istəyən bir çox insanın istifadə etdiyi üsullardan biri də bit

arrow Ətraflı
Almaniya yeni “Leopard” tanklarının alınmasına 525 milyon avro xərcləyəcək like
  • 27 May 17:31  
Dünya Almaniya yeni “Leopard” tanklarının alınmasına 525 milyon avro xərcləyəcək

Almaniya Ukraynaya təhvil verilənləri əvəz etmək üçün "Kraus-Maffe

arrow Ətraflı
Kalqotkalı kişilər like
  • 27 May 17:20  
Digərləri Kalqotkalı kişilər

Bir neçə il ərzindən kişilər üçün kalqotkalı geyimlərin trend olacağ

arrow Ətraflı
Masallıda avtomobildən 7 kiloqram narkotik vasitə aşkarlanıb like
  • 27 May 17:11  
Kriminal Masallıda avtomobildən 7 kiloqram narkotik vasitə aşkarlanıb

Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə a�

arrow Ətraflı
Avropada illik 35 faiz olan KREDİT Azərbaycanda da ola bilərmi? like
  • 27 May 16:51  
Digərləri Avropada illik 35 faiz olan KREDİT Azərbaycanda da ola bilərmi?

Avropa İttifaqı ölkələrində istehlak kreditlərinin faizi 3-5%-dən yüks�

arrow Ətraflı
Makiyaj edərkən buraxılan səhvlər like
  • 27 May 16:40  
Digərləri Makiyaj edərkən buraxılan səhvlər

Qüsursuz görünmək hər bir xanım üçün vacibdir. Bu səbəbdən makiyajla

arrow Ətraflı
Azərbaycan Antalya turizmini Cənub bölgəsinə gətirmək istəyir... like
  • 27 May 16:31  
Digərləri Azərbaycan Antalya turizmini Cənub bölgəsinə gətirmək istəyir...

Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelind

arrow Ətraflı
Şuşa Bəyannaməsi regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq like
  • 27 May 16:21  
Siyasət Şuşa Bəyannaməsi regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq

Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibət

arrow Ətraflı
Saçları 5 dəfə tez uzadır like
  • 27 May 16:20  
Digərləri Saçları 5 dəfə tez uzadır

Sürətlə uzanan, güclü, sağlam və canlı saçlara sahib olmaq hər bir qad

arrow Ətraflı
İzelə ağır itki like
  • 27 May 16:11  
Şou-biznes İzelə ağır itki

Türkiyəli müğənni İzel Çeliközə ağır itki üz verib.

arrow Ətraflı