İrəvan niyə Zəngəzura diversant göndərdi?


Digərləri 27 May 2023 18:11:00 138 0

İrəvan niyə Zəngəzura diversant göndərdi?

Ermənistan dövlət sərhədinin Zəngilan istiqamətinə təxribat-diversiya qrupu göndərib, sərhədçilərimiz tərəfindən təxribatın qarşısı alınıb, 2 erməni hərbçi saxlanılıb.

İrəvan uzun müddət sonra təxribat fəaliyyətini açıq müstəviyə keçirir və bunun həm hərbi, həm də siyasi hədəfləri var:

Hərbi hədəf: diversiya qrupunun tapşırıq icra etmək üçün gəldiyi aydındır;

- Ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq: bu, mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsidir;

- Hərbi qulluqçularımıza, yaxud hərbi strukturlara qarşı terror hücumunun təşkil edilməsi.

Siyasi hədəf: Ermənistan danışıqlar prosesini pozmaq, sülh gündəmini arxa plana keçirmək istəyir; təxribatın Moskva görüşündən sonra, Kişinyov görüşündən öncə olması da buna hesablanıb;

- İrəvan Fransanın iştirak edəcəyi Kişinyov görüşünə böyük ümidlər bəsləyirdi, lakin buna qədər Brüssel və Moskvada oyunun dəyişdiyi, Ermənistanın Qarabağ və kommunikasiyaların açılması məsələsindəki mövqelərinin zəiflədiyi müşahidə edilir;

- 1 iyunda sülh sazişinin imzalana biləcəyini Paşinyan hələ Vaşinqton görüşündən dərhal sonra elan etmişdi, lakin Kişinyov görüşünə bir neçə gün qalmış ritorika dəyişdi; sülh sazişinin imzalana biləcəyini bu dəfə rəsmi Bakı deyir, rəsmi İrəvan təkzib edir, bu dəyişiklik Ermənistanın Kişinyov planının baş tutmayacağını anladığını da göstər;

- Və belə bir situasiyada təxribat-diversiya qrupunun göndərilməsi hərbi eskalasiyanı körükləyəcək, masadakı müzakirələri ikinci plana keçirəcək gedişinin edilməsidir.

Diversiya qrupunun Zəngilan istiqamətində - Zəngəzur dəhlizinin olduğu bölgəyə hücum etməsi təsadüfi deyil və bunun Moskva görüşündən sonra baş verməsi müəyyən ehtimalları da önə çıxarır.

Moskvada əsas müzakirə mövzusu kommunikasiyanın açılması, bu prosesdə maneə kimi görünən Zəngəzur dəhlizi məsələsi idi. Görüş haqqındakı yazımızda da qeyd etmişdik: dəhlizlə bağlı Ermənistanın önünə müəyyən sənədlərin qoyulduğu və bunun "dəhliz terminologiyası"ndan imtina edilməsi qarşılığında "maneəsiz keçid"in yollarının tapılmasından ibarət olduğu istisna deyil; İşçi qrupunun gələn həftə keçiriləcək görüşündə detallar müzakirə olunacaq.

Ermənistanın təxribata əl atması Zəngəzur dəhlizi ilə bağlı müzakirə mərhələsində olan sənədi gündəlikdən çıxarmağa hesablana bilər. Və mümkündür ki, diversiya qrupunun əsas tapşırığı dəhlizin Azərbaycan tərəfdə inşa edilən hissəsində təxribatlar törətmək, sahədə işi, masada siyasi prosesləri dayandırmaq olub.

Asif Nərimanlı Son.az

Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir like
  • 27 May 18:06  
Siyasət Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşi

arrow Ətraflı
Gəncədə şok: Dostu ilə sevgilisinin evinə getdi, onun 27 yaşlı qızı... like
  • 27 May 18:00  
Kriminal Gəncədə şok: Dostu ilə sevgilisinin evinə getdi, onun 27 yaşlı qızı...

Gəncə şəhərində 1996-cı il təvəllüdlü Səmayə anasının sevgilisi V

arrow Ətraflı
Tərtərdə sursat partlayıb, bir nəfər yaralanıb like
  • 27 May 17:53  
Digərləri Tərtərdə sursat partlayıb, bir nəfər yaralanıb

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaş

arrow Ətraflı
Krıma F16larla hücum etmək... like
  • 27 May 17:51  
Dünya Krıma F16larla hücum etmək...

Ukrayna Silahlı Qüvvələri quru əməliyyatı aparmadan Krımı işğaldan az

arrow Ətraflı
3 gündə 5 kiloqram arıqlayın like
  • 27 May 17:40  
Digərləri 3 gündə 5 kiloqram arıqlayın

Arıqlamaq istəyən bir çox insanın istifadə etdiyi üsullardan biri də bit

arrow Ətraflı
Almaniya yeni “Leopard” tanklarının alınmasına 525 milyon avro xərcləyəcək like
  • 27 May 17:31  
Dünya Almaniya yeni “Leopard” tanklarının alınmasına 525 milyon avro xərcləyəcək

Almaniya Ukraynaya təhvil verilənləri əvəz etmək üçün "Kraus-Maffe

arrow Ətraflı
Kalqotkalı kişilər like
  • 27 May 17:20  
Digərləri Kalqotkalı kişilər

Bir neçə il ərzindən kişilər üçün kalqotkalı geyimlərin trend olacağ

arrow Ətraflı
Masallıda avtomobildən 7 kiloqram narkotik vasitə aşkarlanıb like
  • 27 May 17:11  
Kriminal Masallıda avtomobildən 7 kiloqram narkotik vasitə aşkarlanıb

Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə a�

arrow Ətraflı
Avropada illik 35 faiz olan KREDİT Azərbaycanda da ola bilərmi? like
  • 27 May 16:51  
Digərləri Avropada illik 35 faiz olan KREDİT Azərbaycanda da ola bilərmi?

Avropa İttifaqı ölkələrində istehlak kreditlərinin faizi 3-5%-dən yüks�

arrow Ətraflı
Makiyaj edərkən buraxılan səhvlər like
  • 27 May 16:40  
Digərləri Makiyaj edərkən buraxılan səhvlər

Qüsursuz görünmək hər bir xanım üçün vacibdir. Bu səbəbdən makiyajla

arrow Ətraflı
Azərbaycan Antalya turizmini Cənub bölgəsinə gətirmək istəyir... like
  • 27 May 16:31  
Digərləri Azərbaycan Antalya turizmini Cənub bölgəsinə gətirmək istəyir...

Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelind

arrow Ətraflı
Şuşa Bəyannaməsi regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq like
  • 27 May 16:21  
Siyasət Şuşa Bəyannaməsi regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq

Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibət

arrow Ətraflı
Saçları 5 dəfə tez uzadır like
  • 27 May 16:20  
Digərləri Saçları 5 dəfə tez uzadır

Sürətlə uzanan, güclü, sağlam və canlı saçlara sahib olmaq hər bir qad

arrow Ətraflı
İzelə ağır itki like
  • 27 May 16:11  
Şou-biznes İzelə ağır itki

Türkiyəli müğənni İzel Çeliközə ağır itki üz verib.

arrow Ətraflı