İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib FOTO


Siyasət 27 May 2023 22:02:00 134 0

İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib  FOTO

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına Şəlvə kəndi barədə məlumat verildi.

Bildirildi ki, rayonun şimalında, Şəlvəçayın sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək.

Qeyd olundu ki, layihələndirilən ərazinin ümumi sahəsi 128,28 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək.

Diqqətə çatdırıldı ki, kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, mövcud və planlaşdırılan infrastrukturu, həmçinin tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib. Yamacda yerləşən ərazilər əsasən evlərindən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib.

Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. İctimai binaların və fərdi evlərin memarlığı yerli ənənələrdən ilhamlanaraq, müasir standartlara uyğun dizayn edilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur. Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfalı və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayının sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır.

Prezident İlham Əliyev kəndin təməlini qoydu.

Ulduzlar həftə sonu üçün nə vəd edir? like
  • 27 May 22:00  
Digərləri Ulduzlar həftə sonu üçün nə vəd edir?

İnsan övladına hər yeni gün yeni başlanğıclara imza atmaq üçün şans

arrow Ətraflı
Sərhəddə iki İran hərbçisi öldürüldü like
  • 27 May 21:48  
Dünya Sərhəddə iki İran hərbçisi öldürüldü

Bu gün İranla Əfqanıstan sərhədində baş verən silahlı qarşıdurma z

arrow Ətraflı
KİV: Ukraynalı hərbçilər "M1 Abrams" tanklarında təlimlərə başlayıb like
  • 27 May 21:39  
Dünya KİV: Ukraynalı hərbçilər "M1 Abrams" tanklarında təlimlərə başlayıb

Ukraynalı hərbçilər Amerikanın "M1 Abrams" tanklarında təlimlə

arrow Ətraflı
Azərbaycanlı xanım ifaçı Türkiyədə narkotikə görə saxlanıldı like
  • 27 May 21:30  
Şou-biznes Azərbaycanlı xanım ifaçı Türkiyədə narkotikə görə saxlanıldı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Asya Əlizadə (Alizad

arrow Ətraflı
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib  FOTO like
  • 27 May 21:25  
Siyasət İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesabların

arrow Ətraflı
Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara like
  • 27 May 20:53  
Digərləri Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara

Azyaşlılara işgəncə verməkdə təqsirləndirilən Tacikistandan olan missi

arrow Ətraflı
Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini like
  • 27 May 20:42  
Digərləri Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini

Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəbl

arrow Ətraflı
Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub  FOTO like
  • 27 May 20:33  
Siyasət Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə

arrow Ətraflı
İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib  FOTO like
  • 27 May 20:26  
Siyasət İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə

arrow Ətraflı
Havadan elektrik enerjisi istehsal edən generator yaradıldı like
  • 27 May 20:18  
Digərləri Havadan elektrik enerjisi istehsal edən generator yaradıldı

Alimlər havadan elektrik enerjisi istehsal edən generator yaradıblar.

arrow Ətraflı
Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri like
  • 27 May 20:09  
Şou-biznes Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri

Xalq artisti Vaqif Mustafayevin maraqla gözlənilən "Həyat deyəsən gö

arrow Ətraflı
Bulvarda batan gənc belə xilas edildi like
  • 27 May 19:30  
Digərləri Bulvarda batan gənc belə xilas edildi

Bulvarda dənizə düşən şəxs xilas edilib.

arrow Ətraflı