Bu mükafatlar vergidən azad edilir


Digərləri 27 Dek 2022 16:22:00 280 0

Bu mükafatlar vergidən azad edilir

2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışlarında respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50.000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsidir.

Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin hazırkı redaksiyasına əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər, rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azad edilir. Ötən dövr ərzində beynəlxalq, ölkələrarası, habelə ölkədaxili idman yarışları ilə bağlı pul şəklində verilən mükafatların dəyərinin kifayət qədər artdığını və qeyd edilən güzəşt məbləğlərinin uzun müddətdən bəri dəyişmədiyini nəzərə alsaq, hazırkı dövrdə bu məbləğlərin artırılmasına zərurət yaranıb.

Qeyd etmək lazımdır ki, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini idmanın inkişafı və gənclərin zərərli vərdişlərdən uzaq olmaqla sağlam ruhda müxtəlif istiqamətlərdə Vətənə xidmət etməsi təşkil edir. Bütün bunlara əsasən, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə növbəti ildən etibarən idman yarışları ilə bağlı müvafiq güzəştlərin verilməsini nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib.

Rusiya Bakıya indi nə "SÜRPRİZ" HAZIRLAYIB? like
  • 27 Dek 16:20  
Siyasət Rusiya Bakıya indi nə "SÜRPRİZ" HAZIRLAYIB?

"Oktyabrın sonunda Soçi görüşü öncəsi ilk olaraq Xankəndidə Varda

arrow Ətraflı
Çin sərhədləri açacaq və karantini ləğv edəcək like
  • 27 Dek 16:14  
Dünya Çin sərhədləri açacaq və karantini ləğv edəcək

Çin yanvarın 8-dən etibarən bəzi anti-COVID məhdudiyyətlərini aradan qal

arrow Ətraflı
Reper səhnədə təcavüzə uğradı  VİDEO like
  • 27 Dek 16:06  
Şou-biznes Reper səhnədə təcavüzə uğradı VİDEO

Məşhur türkiyəli reper Sefo təqiblərə məruz qalıb.

arrow Ətraflı
Araz çayı üzərində körpü tikilir  Zəngəzur dəhlizi ilə bağlı like
  • 27 Dek 16:04  
Siyasət Araz çayı üzərində körpü tikilir Zəngəzur dəhlizi ilə bağlı

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan İranla artıq Araz çayı üzərin

arrow Ətraflı
Bülbülə gölünün ətrafında bulvar salınacaq  VİDEO like
  • 27 Dek 15:58  
Digərləri Bülbülə gölünün ətrafında bulvar salınacaq VİDEO

Paytaxt Bakıda Bülbülə gölünün ətrafında bulvar salınması üçün aba

arrow Ətraflı
386 azərbaycanlı şagird ABŞdə riyaziyyat like
  • 27 Dek 15:54  
Digərləri 386 azərbaycanlı şagird ABŞdə riyaziyyat

ABŞ-ın Kopernik olimpiadasının mükafatlandırma mərasimi keçirilib.

arrow Ətraflı
Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir  FOTO like
  • 27 Dek 15:26  
Digərləri Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir FOTO

Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə

arrow Ətraflı