Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illik yubileyinə həsr olunmuş konsert keçirilib FOTO


Kriminal 27 Dek 2022 15:52:00 394 0

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illik yubileyinə həsr olunmuş konsert keçirilib  FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.

Musiqili gecənin əvvəlində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Baş Müəllimi Günel Zeynallı çıxış etmişdir.

Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Xalq artisti, professor, general-mayor Yusif Axundzadə, orkestrin rəisi, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, dosent, polkovnik Rüfət Axundzadə, baş leytenant Elnur Qurbanovun rəhbərliyi ilə solistlər Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Mustafazadə, Aynur İsgəndərli, Kənan Qədimov, Züleyxa Usubova, Elman Mustafayev, Anar Hüseynov, Namiq Qurbanov, Sərxan Fətəliyev öz ifalarını dinləyicilərə təqdim etmişlər.

Proqramda Üzeyir Hacıbəyli - "Çırpınırdı Qara dəniz", James Last - "Tənha çoban", John Williams - "İmperial marş","Anamız Azərbaycan" (sözləri və musiqisi Fərhad Bədəlbəylinindir), Eric Whitacre - "The Seal Lullaby", Müslüm Maqomayev - "Odlar yurdu", Rafael Hernandes - "El Cumbanchero", Elza İbrahimova - "Ey Vətən", Üzeyir Hacıbəyli - "Koroğlu" operasından Rəqs, Zeqinya Abreu - "Tico-tico", Müslüm Maqomayev - "Azərbaycan", Rüfət Axundzadə "Qələbə" marşı səslənmişdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir  FOTO like
  • 27 Dek 15:26  
Digərləri Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir FOTO

Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə

arrow Ətraflı