Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib”


Kriminal 05 Fev 2024 12:45:00 211 0

Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib”

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:

"Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyük kimi, ər kimi baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi ki... O sözü heç kimə deməmişəm, çünki deyiləsi deyil. Həmin sözündən sonra onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa bilərdim?

Paltarlarımı geyinib oturdum maşına və getdim rəhmətlik bacımgilə. Uşaqlar onda balaca idi. Bu əhvalat çoxdan olub. Bacıma dedim ki, icazə ver burada bir-iki gün qalım, özümə ev tutacağam. Bacım sual verdi ki, "Evinə geri qayıdacaqsan?" Cavab verdim ki, o evə qayıtsam, kişi olmaram".

T.Qasımov qızının ondan imtina etdiyini etiraf edib:

"Qızımla işim yoxdur, amma oğlumu unutmamışam. Oğlum mənimlə danışır və deyir ki, bu məsələdə haqlı idin. Amma qızım məhkəmədə məndən imtina edib. Onun iki övladı vardı. Oğlu xəstə olduğundan öldü. Mən ona bir kəlmə belə söz deyə bilmərəm. Qəti olmaz. O geri addım atarsa, belə onu qəti bağışlamaram. Qəti!"

Qeyd edək ki, T.Qasımov ilk həyat yoldaşından söyüşə görə boşandığını açıqlamışdı. O, ikinci dəfə evlənib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

İrəvanda güclü partlayış: İnsanlar dağıntılar altında qaldılar like
  • 05 Fev 12:32  
Digərləri İrəvanda güclü partlayış: İnsanlar dağıntılar altında qaldılar

İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib.

arrow Ətraflı
DİM bakalavrlara müraciət etdi like
  • 05 Fev 12:31  
Digərləri DİM bakalavrlara müraciət etdi

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak

arrow Ətraflı
MSKda MDB Baş katibinin nümayəndə heyəti ilə görüş keçirildi like
  • 05 Fev 11:51  
Digərləri MSKda MDB Baş katibinin nümayəndə heyəti ilə görüş keçirildi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fev

arrow Ətraflı
Bir sıra ölkələrin MSK rəhbərləri Azərbaycana gəlib like
  • 05 Fev 11:49  
Digərləri Bir sıra ölkələrin MSK rəhbərləri Azərbaycana gəlib

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əla

arrow Ətraflı
Rəşad İlyasov xanımı ilə 5 min qazandı like
  • 05 Fev 11:46  
Şou-biznes Rəşad İlyasov xanımı ilə 5 min qazandı

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı Gülnarə İlyasova ilə &quo

arrow Ətraflı
Təranə: "Mənə təhqir yazanların ailə fotolarını paylaşıb..." like
  • 05 Fev 11:15  
Şou-biznes Təranə: "Mənə təhqir yazanların ailə fotolarını paylaşıb..."

Müğənni Təranə Qumral sosial şəbəkədə onu təhqir edənlərə xəbərd

arrow Ətraflı
Rusiyada helikopter qəzası: bütün heyət öldü like
  • 05 Fev 11:09  
Digərləri Rusiyada helikopter qəzası: bütün heyət öldü

Rusiyanın Kareliya Respublikasında Fövqəladə Hallar Nazirliyinə məxsus Mi

arrow Ətraflı
Adilə Mehdiyevanın ölüm səbəbi  YENİ FAKTLAR like
  • 05 Fev 11:04  
Digərləri Adilə Mehdiyevanın ölüm səbəbi YENİ FAKTLAR

Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən

arrow Ətraflı
ABŞdə azərbaycanlı gənc intihar etdi like
  • 05 Fev 10:57  
Digərləri ABŞdə azərbaycanlı gənc intihar etdi

ABŞ-də azərbaycanlı gənc intihar edib.

arrow Ətraflı
Azərbaycanda ağır qəza  5 nəfər xəsarət aldı like
  • 05 Fev 10:55  
Digərləri Azərbaycanda ağır qəza 5 nəfər xəsarət aldı

Quba-Qusar yolunun Quba rayonunun Xucbala kəndi ərazisindən keçən hissəsin

arrow Ətraflı