“Sülhə, sabitliyə, Qarabağın, əziz Şuşanın öz Vətənində əbədi qalmasına səs verəcəyəm”
Digərləri 05 Fev 2024 11:20:00 295 0
"Çox düzgündür ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri "Qələbə seçkiləri" adlandırılıb. Mən bunu düzgün və ədalətli hesab edirəm. Çünki 30 il sonra 44 günlük Vətən müharibəsi zamanı Qarabağ torpaqları və Şərqi Zəngəzur, ən əsası isə şəxsən mənim üçün müqəddəs sayılan və əcdadlarımın torpağı olan Şuşa şəhəri düşmən tapdağından azad edildi. Sevinirəm ki, otuz ildən sonra Azərbaycan xalqının, dövlətinin və ordusunun vəhdəti, yenilməzliyi və düşmən üzərində qazandığı Böyük Qələbə sayəsində mən bir daha uşaqlıq və gənclik illərimin keçdiyi şəhərə baş çəkə bildim, o əzəli torpaqlara qovuşa bildim".
Son.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Respublikasının Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova deyib.
Xalq artistinin sözlərinə görə, Qələbə Azərbaycanın müasir tarixində misilsiz nailiyyət olub.
"Təsəvvür edin ki, İkinci Dünya müharibəsindən sonra demək olar ki, heç bir ölkə öz ərazi bütövlüyünü bərpa edə bilmədi, lakin Azərbaycan buna nail oldu. Azərbaycan özünün cəsarətli addımı ilə dünyanın hələ də separatizm və terrorizmdən əziyyət çəkən bir çox ölkələri üçün tarixi nümunə yarada bildi. Ona görə də Azərbaycanın bu nailiyyəti təkcə de-fakto deyil, həm də de-yure möhkəmlənməli idi. Növbədənkənar prezident seçkiləri isə son illərin bütün hərbi-siyasi nailiyyətlərinə lazımi legitimliyi verməyə qadir son dərəcə mühüm prosesdir", - deyən Xalq artisti əmindir ki, fevralın 7-də Azərbaycan xalqı bir daha birlik və həmrəylik nümayiş etdirərək seçki məntəqələrinə gəlib layiqli namizədə, Vətənin davamlı inkişafı və işıqlı gələcəyinə səs verəcək.
"Bu gün özümü həmişəkindən daha çox bütöv və azad ölkənin azad vətəndaşı kimi hiss edirəm. Ona görə də fevralın 7-də - prezident seçkiləri günündə bütün Azərbaycan xalqının timsalında bütün bacı-qardaşlarım kimi, mən də mütləq şəkildə yeni nailiyyətlərə, sülhə, sabitliyə, Qarabağın, əziz Şuşanın öz Vətənində əbədi qalmasına səs verəcəyəm", - deyə Flora Kərimova fikrini yekunlaşdırıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Müğənni Təranə Qumral sosial şəbəkədə onu təhqir edənlərə xəbərd
Rusiyanın Kareliya Respublikasında Fövqəladə Hallar Nazirliyinə məxsus Mi
Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən
Quba-Qusar yolunun Quba rayonunun Xucbala kəndi ərazisindən keçən hissəsin
Bakıda toyda gözlənilməz hadisə baş verib.
Pakistanın şimal-qərbində yaraqlıların polis məntəqəsinə hücumu nəti
Aktyor Fərda Xudaverdiyev ilk evliliyindən olan oğlu Amilin görüntülərini
"124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 108 saylı s
İctimai TV Xankəndidə yaşayan erməni sakinlərdən biri ilə həmsöhbət o
Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən ç�
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsas
Bakıda avtoyuma məntəqəsinə maşınını aparan qadın buna peşman olub.
"Bakı KOB evi"ndə 3 sahibkara investisiya təşviqi sənədləri tə
Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb.