386 azərbaycanlı şagird ABŞdə riyaziyyat


Digərləri 27 Dek 2022 15:54:00 283 0

386 azərbaycanlı şagird ABŞdə riyaziyyat

ABŞ-ın Kopernik olimpiadasının mükafatlandırma mərasimi keçirilib.

Bakı Ali Neft Məktəbində "Global Olimpic Center"in təşkilatçılığı ilə ABŞ-ın Kopernik olimpiadasının riyaziyyat üzrə Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıb.

Bildirilib ki, 800 qədər şagird arasında təşkil edilən olimpiadanın 386 nəfəri qalıb adını qazanıb.

BANM-da təşkil olunan mükafatlandırma mərasimi Azərbaycan Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə "Global Olimpic Center"in direktoru Xəyal İbrahimzadə tədbiri açıq elan edib. Giriş sözündən sonra BANM-ın rektoru cənab Eldar Qasımov çıxış edib. Şagirdləri və valideynləri salamlayan rektor, onları təbrik edib, uğurlar arzulayıb. Sonra Kopernik olimpiadasının direktor müavini Maria Pedro qonaqları Azərbaycan dilində salamlayaraq, maraqlı diskusiya ilə çıxışına davam edib. Ölkəmizdə ilk dəfə olan nümayəndə iştirakçılara qlobal turda uğurlar arzulayıb.

Çıxışlardan sonra mükafatlandırma mərasimi başlayıb. İlk olaraq qızıl medal qazanalara rektor Elmar Qasımov medallar təqdim edib. Gümüş və bürünc mükafatları isə qaliblərə dəvət olunmuş digər qonaqlar təqdim edib. Ümumlikdə mərasimdə 76 şagird qızıl, 108 şagird gümüş, 202 şagird bürünc medal, 114 nəfər isə həvəsləndirici sertifikat əldə edib.

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir  FOTO like
  • 27 Dek 15:26  
Digərləri Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir FOTO

Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə

arrow Ətraflı