Lavrov və Mirzoyan niyə ictimai şəkildə


Siyasət 27 Dek 2022 08:12:00 245 0

Lavrov və Mirzoyan niyə ictimai şəkildə

Diplomatların bir-birindən narazılıqlarını açıq şəkildə bildirməsi böhranın göstəricisidir.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan Ermənistan və Rusiya XİN rəhbərlərinin bir-biri haqda ifadələrini şərh edərkən deyib.

Lavrov və Mirzoyanın bir-birinə qarşı publik şəkildə ittihamlar səsləndirməsi haqda danışan İsgəndəryan qeyd edib ki, bu, heç yaxşı hal deyil.

Politoloqun sözlərinə görə, hazırkı hakimiyyətdə beynəlxalq platformada olan müzakirələrin ictimaiyyətə çatdırılması daxili siyasi reallıq üzərində aparılan işlərlə bağlıdır:

"Daxili siyasi reallıqda isə Rusiyadan narazılıq tələbi kifayət qədər məntiqlidir".

Qeyd edək ki, Ararat Mirzoyanın Moskvada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdən imtinasına Sergey Lavrov Ceyhun bayramovla keçirdiyi mətbuat konfransında kifayət qədər sərt reaksiya bildirmişdi.