Azərbaycana qarşı HÜCUMLAR ARTIR Bakı


Siyasət 27 Dek 2022 00:08:00 184 0

Azərbaycana qarşı HÜCUMLAR ARTIR  Bakı

"Aydındır ki, Vladimir Putin Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarılması qərarını onun qanunsuz əməllərinə görə cəza olaraq yox, Rusiyanın işğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlərə və sülhməramlıların təhrik kampaniyaları, eyni zamanda səlahiyyətlərindən sui-istifadə etməsinin arxasında duran geosiyasi gündəmə formal dəstək verməsinin ağlabatan inkarını həyata keçirmək üçün verib".

Bunu Son.az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Azərbaycana qarşı informasiya savaşında güclü koalisiya qurulub:

"Bu, təbii ki, Bakının Qarabağda baş verən ekoterrorizm və qeyri-qanuni mədənçilik ətrafında son təxribatlarda iştirak edən Vardanyan və xarici ölkə vətəndaşları ilə bağlı rəsmi araşdırmalara başlamaq ərəfəsində olduğu bir vaxtda baş verdi.

İndi Moskva Vardanyanın artıq işə salınmış və ictimailəşdirilən fəaliyyətindən heç bir ictimai məsuliyyət daşımadan faydalanmağa davam edə bilər. Moskva Kremllə Vardanyan arasında konkret əlaqələrin qurulmasının və ictimai mənafeyə xidmət edən təlimatların axtarışının çətin və vaxt aparan iş olduğunu başa düşür.

Bu arada Rusiya və ermənilər beynəlxalq mediada Azərbaycan əleyhinə dezinformasiyalar yaymağa davam edəcəklər.

Nəzərə alsaq ki, Azərbaycan rəsmiləri tərəfindən nə mətbuat konfransı, nə də konstruktiv beynəlxalq media kampaniyası vasitəsilə bu iddialara və saxta iddialara ictimai reaksiya verilməyib, bu təbliğat ustaları cəzasız olaraq Azərbaycanın reputasiyasına xələl gətirməkdə davam edəcəklərinə ümid edirlər. Yenə də Fransa və başqaları separatizmi açıq və formal şəkildə dəstəkləyə bilməzlər, onlar ancaq yalan iddialar əsasında Azərbaycana hücum edə bilərlər.

Digər tərəfdən mümkün qədər geniş və israrlı şəkildə - Aİ Parlamentində, BMT-də, ABŞ-da, mediada və s.-də öz tərəfini qanun pozuntularına dair konkret sübutlarla təqdim etmək Bakının xeyrinədir.

Davamlı susqunluq medianın bu iddialarına cavab olaraq müxtəlif dövlət qurumlarının "təsadüfi" təbliğat və birtərəfli hesabatlarından bəhrələnən aktorlar tərəfindən sui-istifadə ediləcək. Əslində Bakının ictimaiyyət qarşısında cavab verməməsi "günah" əlaməti kimi qəbul edilir. Azərbaycan faktiki baş verənlərə dair birbaşa sübutlar, o cümlədən peyk görüntüləri təqdim etməklə və mümkün olan ən aydın şəkildə ictimaiyyətin hər kəsi üçün məlumat verməklə bütün günahkarları gözdən salmalıdır.

Eyni zamanda, o, həm araşdırmalarını, həm də Rusiya ilə əlaqəli separatizmdən əziyyət çəkən digər Avropa ölkələri, o cümlədən İspaniya, Ukrayna və hətta Böyük Britaniya ilə məlumatların yayılması prosesini əlaqələndirməlidir. Müxtəlif siyasi gündəmlərə görə bu cür iddialar təkbaşına inkar edilə bilər, lakin ortaq sübut nümunələri ortaya çıxanda hətta erməni diaspor lobbiçiləri də aşkara cavab verə bilməyəcəklər.

Gələcək hərbi əməliyyatlara ehtiyacın və eskalasiya riskinin qarşısını almaq üçün Bakı çoxdan edilməli olandan başlamalıdır: informasiya müharibəsində hökmranlığı ələ almağa tələsməlidir".

Təhməz Əsədov Son.az