Putinin İMTİNA ETDİYİ terrorçunu Azərbaycan


Siyasət 27 Dek 2022 14:45:00 234 0

Putinin İMTİNA ETDİYİ terrorçunu Azərbaycan

"Sankt-Peterburqda MDB dövlət başçıları arasında sammit öncəsi Xankəndidə belə bir aksiyanın keçirilməsinin heç bir əhəmiyyəti yoxdur".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Rusiya vətəndaşlığından çıxarılan Vardanyanı rəsmi Bakının hüquqi-siyasi müstəvidə neytrallaşdırılması ilə bağlı atacağı addımlara Moskva mane olmamalıdır:

"Bu görüşdən qabaq Moskvada Azərbaycan və Rusiya Xarici işlər nazirlərinin görüşü olub. O görüşlər ərəfəsində bu cür aksiyaların keçirilməsi və görüşlərə təsir etmək üçün belə bir addım atmaqlarının heç bir əhəmiyyəti yoxdur. Ona görə də mən düşünmürəm ki, bu aksiyalar məhz buna hesablanıb. 

Azərbaycan həm real addımlarla, həm gördüyü işlərlə və verdiyi bəyanatlarla onu göstərir ki, Vardanyan bir layihə kimi kimin tərəfində olursa olsun Azərbaycan üçün maneə ola bilməz və əgər Rusiya brada doğurdan da Ruben Vardanyanı layihə kimi qəbul edirsə, o zaman yaranmış vəziyyət Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirəcək. Bu da Rusiyanın xeyirinə olmayacaq. 

Düşünürəm ki, Rusiya bunu anlayır. Lavrovun "Rusiya prezidenti Vardanyanın vətəndaşlıqdan çıxmasını təsdiqləyib" açıqlaması ondan xəbər verir ki, Rusiya ümumiyyətlə Vardanyanla adının hallandırılmasını stəmir. O ki qaldı onların Vardanyan layihəsi indən belə hansı istiqamətdə fəaliyyət göstərək məsələsinə, bunu dəqiq demək çətindir. Amma bütün hallarda görünən odur ki, əgər Azərbaycan tərəfi Vardanyanla bağlı hüquqi-siyasi müstəvidə onun neytrallaşdırılması ilə bağlı hansı işləri görsə, hər halda Rusiya rəmi olaraq buna mane olmamalıdır. 

Doğrudan da Vardanyanın real olaraq regionda hansısa proseslərə istiqamət verib-verməyəcəyini qarşıda baş verə biləcək hadisələr göstərəcək. Separatçıların başına gətirilməyə çalışılan bu şəxs regionda destruktiv element kimi qalır. Azərbaycan üçünsə əsas odur ki, bu destruktiv elementi aradan götürsün. Burada yenə də daha çox siyasi-hüquqi metdolardan söhbət gedir.

Amma əgər Vardanyan əməllərdə Azərbaycana təhdid törədərsə, o zaman onu digər metodlardan da istifadə edərək zərərsizləşdirmək lazım olacaq. Mahiyyət etibarı ilə o terrorçudur və hərb yolla Azərbaycana təzyiq göstərmək niyyətindədir".

Təhməz Əsədov Son.az