“Ukraynanın qələbəsi təxirə salındı” Jdanov


Siyasət 03 Dek 2022 21:56:00 107 0

“Ukraynanın qələbəsi təxirə salındı”  Jdanov

"Silahlı Qüvvələrimiz ilin sonuna kimi rus işğalçılarını Ukraynadan çıxara bilərdi, amma çoxlu sayda silah olmadığı üçün qələbə gələn ilə qədər təxirə salındı".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert Ukrayna ordusunun uzaqmənzilli raketlərə malik olmadığını vurğulayıb:

"Rusiyanın dərinliklərinə çata biləcək yeganə şey raketlərdir. Amma hələlik bizə belə - 300 kilometrlik operativ-taktiki raketlər vermək istəmirlər. Atış məsafəsi 500-1000 kilometr olan raketlərin veriləcəyindən isə ümumiyyətlə danışmağa ehtiyac yoxdur. Belə silahlar olmadığından fiziki zərbə vura bilməyəcəyik".

Jdanovun fikrincə, Ukraynanın qələbəsi gələn ilin yazında ola bilər, ancaq o şərtlə ki, Qərb böyük həcmdə silah tədarük etsin:

"Reallıq tərəfdaşların Ukraynaya hərbi dəstəyindən asılı olacaq.

Müharibənin qaynar fazasını bu ilin sonuna qədər bitirmək şansımız vardı, amma lazım olan silahlarla təmin olunmadıq. İndi isə bu şansı daha altı ay, 2023-cü ilin yayına təxirə salırıq. Silah verəcəklər - hər şey yaxşı olacaq. Verməyəcəklər - yenə mövqe müharibəsi olacaq".