Kadırov Ukraynaya nüvə bombasının


Siyasət 01 Okt 2022 19:58:00 99 0

Kadırov Ukraynaya nüvə bombasının

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna ilə münaqişədə az gücə malik nüvə silahından istifadənin tərəfdarı olduğunu bildirib.

Bu barədə Kadırov özünün Telegram kanalında yazıb.

"Rusiya Müdafiə Nazirliyinin Ali Baş Komandana nə məruzə etdiyini bilmirəm, amma mənim şəxsi fikrimcə, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunana qədər az gücə malik nüvə silahlarının tətbiqi daxil daha sərt tədbirlər görülməlidir. Hər qərarı Qərb-Amerika ictimaiyyətinə nəzər salaraq qəbul etmək lazım deyil. Onlar onsuz da bizə qarşı çox şey ediblər. Dünən İzyumda parad oldu, bu gün Limanda bayraq qaldırıldı, sabah nə olacaq? Bu qədər pis olmasaydı, hər şey yaxşı olardı", deyə Çeçenistan rəhbəri vurğulayıb.