Prezident və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər


Siyasət 27 Sen 2022 12:40:00 110 0

Prezident və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Azərbaycan Prezidenti burada çıxış edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xəbər yenilənəcək

Son.az