Rusiya ordusu Ukraynada


Siyasət 27 Sen 2022 08:54:00 88 0

Rusiya ordusu Ukraynada

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərindəki aeroporta hava zərbəsi endirib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk şəhərinin hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko Tvitterdə bildirib.

Administrasiya rəhbəri qeyd edib ki, hava limanına X-59 raketləri ilə zərbə endirilib. Hava limanının infrastrukturu dağılıb. Aerodrom və avadanlıqlar istifadəyə yaramır.

Hava hücumu zamanı insan tələfatı olmayıb.