Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək


Siyasət 18 Avq 2022 14:22:00 134 0

Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, səfər avqustun 24-nə planlaşdırılır.

Səfərin gündəliyinə ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, ümumilikdə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının müzakirəsi daxildir. Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Son.az