Rusiya ilə müharibə qorxulu və ümidsizlikdən başqa bir şey deyil


Siyasət 18 Avq 2022 11:46:00 121 0

Rusiya ilə müharibə qorxulu və ümidsizlikdən başqa bir şey deyil

"Dünya yavaş-yavaş postmodernlik vəziyyətindən çıxmağa başlayır. Mən bu cümlədə "dünya" dedikdə postsovetin yaşadığı dünyanı nəzərdə tuturam".

Bunu Son.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Rusiyanın indi həqiqi müttəfiqlərə ehtiyacı var:

"Yaxşı xatırlayıram ki, Gürcüstanda nə qədər adam Rusiyanın bizə qarşı döyüşdüyünü etiraf etməkdən qorxurdu. 90-cı illərdə vətəndaşların əksəriyyətinin fikrincə, biz abxazlarla, osetinlərlə, Şimali Qafqaz döyüşçüləri ilə, hər kəslə vuruşmuşuq, amma bir tək Rusiya ilə yox.

Niyə belədir?

Əslində, izahı düşündüyümüzdən də sadədir: Elə hesab olunurdu ki, elə düşünən hər kəs məğlub ola bilər. Ona görə ki, Rusiya ilə döyüşmək qorxulu və ümidsizlikdən başqa bir şey deyildi.

Xüsusən də o zaman ruslar bizə silah satırdılar. Doğrudur, ingilislər də silah satmağı sevirlər, amma ruslarda fərq ondadır ki, ingilislərin 18-19-cu əsrlərdə Afrika və Asiyada etdiklərini 20, 21-ci əsrlərdə ruslar bizə qarşı ediblər.

Məsələ onda deyil ki, Vladimir Putin "Armiya 2022"də ("Beynəlxalq Ordu Oyunları-2022") iştirak edən bütün ölkələri Rusiyanın müttəfiqi elan edib. Bu başa düşüləndir, Rusiyanın indi həqiqətən müttəfiqlərə ehtiyacı var. Rusiya indi eyni zamanda bu müttəfiqlərə silah satır ki, onlar bu silahlardan bir-birinə qarşı istifadə etsinlər. Kreml rəhbərinin "müttəfiq" adlandırğı dövlətlər üçün bunu anlamaq vaxtıdır".

Təhməz Əsədov Son.az