Türkiyə və Rusiyanın yeni “S400” anlaşması:


Siyasət 18 Avq 2022 10:30:00 108 0

Türkiyə və Rusiyanın yeni “S400” anlaşması:

Türkiyə və Rusiya arasında "S-400"lərlə bağlı yeni müqavilə imzalanıb.

"Rusiyadan Türkiyəyə "S-400" zenit-raket komplekslərinin (ZRK) ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokalizasiyası nəzərdə tutulur".

Son.az "Yeni Müsavat"a istinadən bildirir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib. Amma o, müqavilənin nə zaman imzalandığını açıqlamayıb.

Şuqayev hətta hazırda bu müqavilənin icrasının həyata keçirildiyini bildirib.

Xatırladaq ki, "S-400"lərin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında müqavilə 2017-ci ildə imzalanıb. Bununla da Türkiyə bu sistemləri əldə etmiş ilk NATO ölkəsi olub. ABŞ Türkiyənin "S-400"lərdən imtina etməsini tələb edərək, onu ''F-35'' qırıcılarının istehsalı proqramından çıxarıb, həmçinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların aradan qaldırılmasının əvəzində rəsmi Vaşinqton həmin "S-400"lərin Ukraynaya verilməsini təklif edib.

Bundan sonra NATO-nun son Madrid sammitində münasibətlərin normallaşması istiqamətində proses başlandı. Türkiyənin İsveç və Finlandiyaya olan məlum iradları (NATO üzvü olmaq istəyən bu iki ölkənin PKK və PYD terror təşkilatlarını dəstəkləməsi, Türkiyəni bölmək istəyən və bu ölkədə cinayət törətmiş məşhur terroristlərə siyasi sığınacaq vermələri) ABŞ lideri başda olmaqla, bütün NATO ölkələri tərəfindən qəbul edildi. Məhz orada bəyan olundu ki, Türkiyənin bütün tələbləri yerinə yetiriləcək. Digər tərəfdən, ABŞ prezidenti Co Bayden və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirildi və bir sıra anlaşmalar əldə olundu. Ağ Ev sahibi prezident Ərdoğana ABŞ-ın Türkiyəyə "F-16" döyüş təyyarələri satacağını, əlində olan ''F-16''ların yenilənəcəyini vəd etmişdi. Başqa vədlər də vardı. Ancaq ABŞ Konqresi yenə də Türkiyənin Rusiyadan "S-400" raket sistemləri aldığını bəhanə gətirərək, Ağ Ev sahibinin vədini boşa çıxartdı. Ümumiyyətlə, NATO-nun son Madrid sammitində Türkiyəyə verilən sözlərin heç biri özünü doğrultmadı. Bu baxımdan, kollektiv Qərbin mahiyyətini və nüvəsini təşkil edən NATO ölkələrinin Türkiyəni suçlamağa, qınamağa və ona qarşı hər hansı addım atmağa heç bir haqqı yoxdur. Lakin aydın məsələdir ki, haqları olmadan belə, Türkiyənin bu addımına qarşı cavab verəcək, qardaş ölkəni öz aləmlərində cəzalandırmağa çalışacaqlar. ABŞ və Qərb Türkiyənin bu addımına qarşı hansı tədbirlərə əl ata bilərlər?

Bu suala cavab verməzdən öncə anlamalıyıq ki, rəsmi Ankara hər şeyə, o cümlədən də Baydenin xəbərdarlıqlarına rəğmən Rusiyadan yeni "S-400" raket sistemləri alırsa, ABŞ-la rəqabətə hazır olduğunu bəyan etmiş olur. Yəni Türkiyə ABŞ-la qarşıdurmadan və ziddiyyətlərdən çəkinmədiyini nümayiş etdirir. Bütün bunlar Türkiyə və NATO üçün hansı nəticələri aktuallaşdırır?

Yeni müqavilənin imzalanması ABŞ-da hansı reaksiyaları doğura bilər? ABŞ Türkiyəyə yeni sanksiyalar tətbiq edə bilərmi?

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Amerikanın Rusiya ilə barışacağını proqnozlaşdırır: "Amerikanın xarici siyasətindəki dalğalanmalar onu deməyə əsas verir ki, onun daxilində eyni fikir yoxdur. Türkiyənin Rusiya ilə imzaladığı müqavilələr öz milli maraqlarının təmin edilməsi üçündür. Türkiyə yaxşı bilir ki, NATO yenidən qurulmasa və yeni reallıqları qəbul etməsə, təsir gücü zəifləyəcək. Ona görə Türkiyə yeni konfiqurasiyalar qurur və bu zaman heç kim ona heç nə deyə bilməz. Onsuz da Amerika Rusiya ilə arxa bağçada barışmağa məhkumdur. Və barışacaq. Belə olan halda Türkiyəyə kim nə deyə bilər. Avropaya gəldikdə, o, ancaq iqtisadi gücdür. Ruslar qazı kəssə, o da olmaz. Ona görə qardaş Türkiyə "şumlaya-şumlaya" prinsipi ilə gedəcək".

Siyasət yazarı Kənan Rövşənoğlu Türkiyənin Rusiya ilə əməkdaşlığı davam etdirəcəyini bildirdi: "Bilindiyi kimi, ikinci "S-400" batareyasının alınması birinci müqavilədə nəzərdə tutulurdu. Sadəcə, belə ehtimal olunurdu ki, ABŞ və Türkiyə anlaşsalar, müqavilənin ikinci hissəsi icra olunmayacaq. Amma olmadı, ən son olaraq prezident Baydenin NATO-nun Madrid Sammitində vəd etdiyi "F-16" satışı müqaviləsinin icra olunmaması "S-400" ikinci partiyasına yol açdı. Burada iki mühüm nüans var. Birincisi, ABŞ-da Türkiyə ilə münasibətdə iki xəttin olmasıdır. ABŞ-ın, belə demək mümkünsə, taktiki siyasəti real vəziyyətə görə Türkiyə ilə anlaşmaya meyl göstərir, amma strateji xətt imtina edir. Yəni taktiki siyasət Ankara ilə dostluğu dəstəkləyir, amma strateji xətt imtina edir. ABŞ üçün praktik olaraq şərqdə Türkiyə mühüm müttəfiqdir, dil tapmaq lazımdır, amma Konqresdə əyləşən siyasətçilər məsələyə daha fərqli müstəvidən baxır. Ona görə də Tramp və indi Bayden Türkiyə ilə dil tapmağa çalışsa da, Konqresin maneəsi ilə qarşılaşırdılar. Türkiyənin hazırkı hakimiyyəti də siyasətini bu reallığa əsasən qurur, yəni qarşılıqlı maraqların təmin olunması üzərində qurur. İkinci tərəfdən, Türkiyənin Rusiya ilə silah müqaviləsi var. Belə görünür ki, Türkiyə Rusiya ilə regional əməkdaşlığı dərinləşdirəcək. Həm Suriya münaqişəsi, həm də Qafqazda yaşananlar göstərir ki, Rusiya və Türkiyə arasında ciddi əməkdaşlıq var. Hələlik bu əməkdaşlıq hər iki tərəfə faydalı olduğu üçün davam etdirilir".

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılovun də fikirləri maraqlıdır: "Türkiyə-Rusiya münasibətləri tarixinin ən yaxşı dövrünü yaşayır. Nəzərə almaq lazımdır ki, Rusiya-Türkiyə münasibətləri zəruri müttəfiqlik situasiyasını ifadə edir. Əvvəla, Türkiyə: 1) yeganə NATO ölkəsidir ki, Rusiya-Ukrayna müharibəsində biryanlı xətt nümayiş etdirmir; 2) Rusiya ilə münasibətləri heç vaxt tam korlamır; 3) Rusiyanın regiondakı siyasi maraqlarını anlamağa çalışır. Türkiyə də öz növbəsində adekvat davranır. Birincisi, Akkuyu da daxil olmaqla, bir çox sahələrdə rəsmi Moskva ilə münasibətləri inkişaf etdirir. İkincisi, Suriyada və bir sıra coğrafiyalarda qarşılıqlı əməkdaşlıq var. Nəhayətində, Rusiya Türkiyənin maraqlarını heç vaxt tapdalamır. Qərb isə NATO üzvü kimi Türkiyənin bütün fədakarlıqlarına böyük qısqanclıqla yanaşır. Aİ Türkiyə üzvlüyünü uzun illərdir manipulyasiya etməklə məşğuldur. Bu gün rəsmi Ankara Qərbi səbəb olduğu miqrant böhranından qoruyur. Buna baxmayaraq, Türkiyəyə qarşı haqsızlıq hələ də davam edir. Türkiyə bütün hər şeyə rəğmən Rusiya ilə münasibətləri irəlilədəcək. Lakin NATO-nun da Türkiyəyə ehtiyacı var. ABŞ Türkiyəyə hansısa sanksiyalar tətbiq etsə belə, bu, Türkiyə üçün fəlakətli olmayacaq".

Cazibədar Mina 50 yaşlı həciyə ərə gedib? like
  • 18 Avq 10:22  
Şou-biznes Cazibədar Mina 50 yaşlı həciyə ərə gedib?

Müğənni Mina Hüseyn ailə həyatı qurduqdan sonra ilk dəfə sosial şəbə

arrow Ətraflı
Ruslar bu ərazidə mühasirəyə düşəcək like
  • 18 Avq 10:15  
Digərləri Ruslar bu ərazidə mühasirəyə düşəcək

Rusların yəqin ki, Xerson vilayətində hücum etmək üçün resursları yoxd

arrow Ətraflı
Ukrayna savaşı bloklanır, ABŞ narazıdır: like
  • 18 Avq 10:00  
Siyasət Ukrayna savaşı bloklanır, ABŞ narazıdır:

Əgər, prezident Ərdoğan Ukrayna və Rusiyanın maraqlarında uzlaşmaya nail

arrow Ətraflı
"Hərbçilərimiz sərhəddə dövlətin maraqlarını qorumaqdan qürur duyur" like
  • 18 Avq 09:52  
Siyasət "Hərbçilərimiz sərhəddə dövlətin maraqlarını qorumaqdan qürur duyur"

"Qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü və şəhid

arrow Ətraflı
Bakıda 16 yaşlı qız itkin düşüb like
  • 18 Avq 09:45  
Digərləri Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
Bakıda 62 avtobus gecikir like
  • 18 Avq 09:37  
Digərləri Bakıda 62 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına

arrow Ətraflı
Sumqayıtda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb like
  • 18 Avq 09:30  
Kriminal Sumqayıtda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon əraz

arrow Ətraflı
"Anam elçiyə dedi ki, qızımdan oğlunuza yoldaş olmaz" like
  • 18 Avq 09:15  
Şou-biznes "Anam elçiyə dedi ki, qızımdan oğlunuza yoldaş olmaz"

"Anam istəmirdi ki, ailə qurum. Gec ərə getməyimin səbəbkarıdır t

arrow Ətraflı
Özbəkistan, Azərbaycan və Türkiyə yükdaşıma prosesini daha da sadələşdirəcək like
  • 18 Avq 09:07  
Digərləri Özbəkistan, Azərbaycan və Türkiyə yükdaşıma prosesini daha da sadələşdirəcək

Özbəkistan, Azərbaycan və Türkiyə öz ölkələrinin ərazisindən yüklə

arrow Ətraflı
Laçını tərk edən ermənilər meşələrə, evlərə od vurur like
  • 18 Avq 09:02  
Digərləri Laçını tərk edən ermənilər meşələrə, evlərə od vurur

Azərbaycanda qeyri-qanuni məskunlaşan ermənilər bu əraziləri tərk edir.

arrow Ətraflı
Xarkovun atəşə tutuldu: like
  • 18 Avq 09:00  
Siyasət Xarkovun atəşə tutuldu:

Ukraynanın Xarkov şəhəri atəşə tutulub.

arrow Ətraflı
Qadın xəstəlikləri (ginekologiya) nədir? like
  • 18 Avq 08:59  
Digərləri Qadın xəstəlikləri (ginekologiya) nədir?

Ginekologiya qadın xəstəliklərindən bəhs edən elmdir. Ginekologiya müst

arrow Ətraflı
İki əmioğlu arasında mübahisə like
  • 18 Avq 08:57  
Digərləri İki əmioğlu arasında mübahisə

Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

arrow Ətraflı
WhatsAppdan daha bir like
  • 18 Avq 08:54  
Digərləri WhatsAppdan daha bir

WhatsApp növbəti yeniliyini təqdim etməyə hazırlaşır.

arrow Ətraflı