Ermənilər sülhməramlılardan Azərbaycan əsgərinə
Siyasət 17 Avq 2022 17:25:00 127 0
"Ərazilərimizdə qanunsuz məskunlaşmış ermənilərə Azərbaycan tərəfindən o yerləri tərk edib getmələri üçün bir müddətə qədər möhlət verilmişdi. Amma onlar yenə öz revanşist davranışlarına davam etməkdədirlər".
Bu səbəblə bundan sonrakı dönəmlərdə həm ərazilərimizdə qanunsuz olaraq məskunlaşmış olanlara, həm də terrorizmlə məşğul olan mövcud qüvvələrə sərt bir şəkildə tədbirlər tətbiq olunmalıdır. Əks halda həm ərazilərin yandırılması ilə yanaşı, minalanmış sahələrin mövcudiyyətində də bir artım təhlükəsi var. Bu da təbii ki, daha sonra bir çox fəsadlar ortaya çıxaracaq.
Sülhməramlılar da Qarabağı tərk edəcək
Rusiya sülhməramlı qüvvələrinin 10 noyabr bəyanatının tələblərini pozduqları və terrorist yuvasına necə çevirdiyi məlumdur. Amma buna baxmayaraq yenə də ermənilərin onlardan narazı olması o deməkdir ki, onlar bununla yanaşı həm də sülhməramlı qüvvələrin onlarla birgə terror əməllərində iştirakını gözləyirdilər.
Mövcud vəziyyətdə necə ki, Rusiya Federasiyası Ermənistanın sərhədlərini qorumaqdadır və onun tam olaraq təhlükəsizliyini təmin etməkdədir, təbii ki, bununla yanaşı bu ərazilərimizdə mövcud olan terrorist qüvvələr də eyni şəkildə Rusiya Federasiyası adına bir şəkildə 10 noyabr bəyanatından irəli gələrək ərazilərimizdə xidmət aparan rus sülhməramlılarının da bir növ bizə məxsus torpaqlarda bizə qarşı silah tətbiq etmələrini, döyüşmələrini gözləyirlər. Təbii ki, bu, mümkün olmayacaq.
Nəinki ərazilərimizdə mövcud olan terrorist qüvvələr tez bir zamanda təmizlənəcək, bununla yanaşı əlbəttə ki, 10 noyabr üçtərəfli bəyanatından irəli gələn öhdəliklər yerinə yetirilmədiyi üçün də Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin də ərazilərimizi tərk etməsi gözləniləndir".
Təhməz Əsədov Son.az