Ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlanacaq
Siyasət 23 Sen 2021 10:57:00 121 0
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu dövrdə törədilən insan hüquqları pozuntuları, o cümlədən mədəni, dini və digər hüquq pozuntuları barədə hesabat hazırlayacaq.
Son.az Trend-ə istinadən bildirir ki, bunu İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin müavini Hacı Ali Açıqgül jurnalistlərə deyib.
O bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətlə bağlı hesabat 2022-ci ildə İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə təqdim olunacaq.
H.Açıqgül vurğulayıb ki, bu gün komissiya üzvləri Azərbaycan rəsmiləri ilə görüşəcəklər, sabah isə azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcəklər.
Son.az
Mənbə: milli.az