Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi


Siyasət 23 Yan 2021 16:46:34 135 0

Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir:

Müşahidə Şurasının sədri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

İsrafil Məmmədov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Rövşən Nəcəf - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Ruslan Əlixanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.