Birinci vitseprezident Mehriban Əliyeva İzmirdə zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib FOTO


Siyasət 30 Okt 2020 20:59:00 134 0

Birinci vitseprezident Mehriban Əliyeva İzmirdə zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib  FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Son.az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".