Araik Arutyunyan və digər yüksək rütbəli erməni məmurlar beynəlxalq axtarışa verilib Kamran Əliyev


Siyasət 30 Okt 2020 15:25:00 144 0

Araik Arutyunyan və digər yüksək rütbəli erməni məmurlar beynəlxalq axtarışa verilib  Kamran Əliyev

Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən 4 yüksək rütbəli erməni məmuru beynəlxalq axtarışa verilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma "DQR"in prezidenti elan edən Araik Arutyunyan, köməkçisi David Babayan, qondarma rejimin "müdafiə naziri" adlandırılan Cəlal Arutyunyan və deputat Armen Babacanyan barədə cinayət işi başlanıb: "Onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilərək istintaqa cəlb edilmələri barədə qərar qəbul edilib. Həmçinin, həmin şəxslərin həbs edilməsi barədə Azərbaycan məhkəməsi qərar qəbul edib, onların tutularaq istintaqa cəlb edilməsi barədə İnterpola məlumat verilib".

Son.az